Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


07.12.2019  18:23 

Bakı metrosunda uçqun təhlükəsi - Stansiya təmirə bağlanacaq





A+  A-

“Gələn il Bakı metrosunun “Həzi Aslanov” stansiyası müvəqqəti olaraq fəaliyyətini dayandıracaq. Buna səbəb metrostansiyasının əsaslı təmirə ehtiyacının olmasıdır”.
XəzərNews.az xəbər verir ki, bu barədə AYNA-ya “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hidayət Məmmədov açıqlama verib. Onun sözlərinə görə, stansiyanın platformasında, tunelində ciddi təmir işlərinə ehtiyac var:

“Bu səbəbdən rekonstruksiya işləri aparılmalıdır. Hazırda metro tunelinin dəmir-beton konstruksiyasında aşınmalar var, bu da ciddi fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən artıq lazımı qurumlara müraciət ünvanlanıb, gələn ildən stansiyada təmir işlərinə start veriləcək”.

Metropoliten rəsmisi vurğulayıb ki, sözügedən metrostansiyadakı bu problemin səbəbi ağır geoloji vəziyyətlə əlaqədardır:

“Metro üzərində tikilmiş yeni çoxmərtəbəli binalar yerin geoloji quruluşuna ciddi təsir edib, bu da öz növbəsində stansiyanın vəziyyətini pisləşdirib”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da fikrini bildirib:

“Bakı və Abşeronun geoloji quruluşu mürəkkəbdir. Təbiətə müdaxilələr həddindən artıq çoxdur, üstəlik paytaxtda əhali sıxlığı da bu müdaxilələri artırır. Bu da öz təsirini zaman-zaman göstərir. Yeni binalar tikilir, çox halda onların yerləşdiyi ərazidəki risklər hesablanmır.

Qeyd olunan məsələyə gəlincə, “Həzi Aslanov” metrostansiyası yaxınlığında tikilən çoxmərtəbəli binaların bünövrəsi qazıldıqda yer səthi layları kəsilir, bu müdaxilə öz təsirini dərhal göstərir. Yeraltı təbii axının, süzülmənin, suxur sularının istiqaməti dəyişir. Bu da təbii olaraq yer altında yerləşən kommunikasiya xətlərinə təsirini göstərir.

Əlbəttə ki, bir metrostansiyasının bağlanması ictimai nəqliyyatda sıxlığa, yüklənmələrə səbəb olacaq. Bu da haqlı narazılıqların yaranmasına gətirib çıxaracaq”.

Xəbər 1488 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +