Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


14.12.2020  09:17 

Qarabağda 4800-dən çox partlayıcı zərərsizləşdirilib





A+  A-

Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin hərbçiləri tərəfindən 4800-dən çox partlayıcı maddə zərərsizləşdirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.

Rus sülhməramlıları Xankəndi hava limanında ərazinin mühəndis kəşfiyyatını və minalardan təmizlənməsini həyata keçirib. Partlayıcı maddələrin axtarışı ev sahələrində, yol hissələrində və hava limanına bitişik ərazilərdə aparılıb.

Gün ərzində 8 hektara yaxın ərazi, 7 km yol örtüyü təmizlənib, 50 bina yoxlanılıb, 51 partlayıcı maddə aşkar edilərək məhv edilmək üçün çıxarılıb.

Ümumilikdə, Dağlıq Qarabağdakı mühəndis bölmələri tərəfindən 155 hektardan çox ərazi, 38 km-dən çox yol, 375 yaşayış binası təmizlənib, 4811 partlayıcı obyekt aşkar edərək zərərsizləşdirilib.

Kəşf edilmiş partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda gətirilərək burada məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları bütün lazımi təhlükəsizlik tədbirləri görülərək yerindəcə məhv edilir.

Xəbər 2415 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +