ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı


24.03.2019  12:53 

Azərbaycanla Paraqvay arasında saziş imzalandı





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya ilk rəsmi səfəri çərçivəsində Paraqvayın Xarici işlər naziri Luis Alberto Kastiqlioni ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, görüşdə Azərbaycan və Paraqvay arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi dialoqun möhkəmləndirilməsi mexanizmlərinə dair müzakirələr aparılıb.

Paraqvaylı nazir iki ölkə arasında məsafə uzaqlığına baxmayaraq, artıq yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu, Azərbaycan xarici işlər nazirinin Paraqvaya ilk rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini qeyd edib.

Elmar Məmmədyarov Azərbaycan hökuməti tərəfindən iqtisadi-sosial sahədə həyata keçirlmiş islahatlar, Azərbaycanın təşəbbüsü və iştirakı ilə uğurla reallaşdırılan genişmiqyaslı enerji və infrastruktur layihələri barəsində danışıb. Bu xüsusda, Nazir Məmmədyarov ümumilikdə Cənubi Qafqaz regionunda inteqrasiya proseslərinə başlıca əngəl olan, regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının labüd olduğunu diqqətə çatdırıb.

Elmar Məmmədyarov Paraqvay Milli Konqresinin Deputatlar Palatası tərəfindən Xocalıda törədilmiş soyqırımının pislənməsinə dair bəyanatın qəbulunun yüksək qiymətləndirildiyini vurğulayıb.



Sonda “Paraqvay Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” saziş imzalanıb.

Səfər çərçivəsində Nazir Elmar Məmmədyarov, həmçinin Paraqvay Milli Konqresinin Senatı və Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədrləri Viktor Qonsales və Volter Harms ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb və hər iki ölkənin qanunverici orqanlarının qarşılıqlı səfərlərinin təşkilininin faydalı ola biləcəyi qeyd olunub.



Xəbər 786 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +