“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


21.06.2019  09:15 

Pay torpaqlarının idarə olunması üçün - Yeni təklif





A+  A-

Azərbaycanda kənd təsərrüfatı təyinatlı pay torpaqları olan insanların həmin torpaqları birləşdirərək onlardan müasir tipli mülkiyyət formaları - kənd təsərrüfatı artellərinin yaradılması təklif edilir.
XəzərNews.az xəbər verir ki, bu təklifi irəli sürən Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Trend-ə bildirib ki, rayonlarda pay torpaqları olan insanların əksəriyyəti ya onlardan istifadə etmir, ya da onları kiməsə ucuz qiymətə icarəyə verir. Amma həmin insanlar birləşərək pay torpaqlarının hesabına təsərrüfat birliyi yaradarlarsa, torpaqlarından daha səmərəli istifadə edə bilərlər. Bu, kəndlərdə yaşayan insanların məşğulluğunu təmin etməklə yanaşı, şəhərlərə demoqrafik axının da qarşısını alar.

Belə təsərrüfat birliklərinin dünyanın bir çox ölkələrində olduğunu nəzərə çatdıran alim İsmayıllının İvanovka kəndində buna oxşar təsərrüfatların olduğunu vurğulayıb:

"İvanovkada bu tipli təsərrüfat sistemindən olduqca gözəl nəticələr əldə edirlər. Kənddə hər kəsin vətəndaş olaraq mülkiyyət payları var və onlar bundan kifayət qədər gəlir əldə edə bilirlər. Belə artelləri Azərbaycanın coğrafi xüsusiyyətlərini nəzərə almaqla, istənilən rayonda yaratmaq olar. Məsələn, Şamaxıda artellər yaratmaqla üzümçülük sahəsini inkişaf etdirmək olar. Vaxtilə Şamaxı rayonunda il ərzində 300 min tona yaxın üzüm istehsal edilib, sovet dövründə Azərbaycanda büdcə gəlirlərinin 30 faizi üzümçülükdən əldə edilib".

Ə.Əliyev qeyd edib ki, artellər yaradıldıqda onların biznes planı hazırlanıb Ədliyyə Nazirliyində təsdiqlənə və daha sonra dövlət tərəfindən birliklərə kreditlər verilə bilər. Artelləri yaradan insanlar rotasiya yolu ilə ona rəhbərlik etməklə gəlirləri də pay torpaqları və bacarıqları nəzərə alınmaqla, bölüşdürülə bilərlər. Burada əsas üstünlük həm də vətəndaşın mülkiyyət hüququnuin saxlanılmasıdır.

Şöbə müdiri bu təkliflərini Nazirlər Kabinetinə təqdim edəcəyini də söyləyib.

Xəbər 1765 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib

18.10.2024  16:33 

Balakəndə yol qəzası olub

17.10.2024  13:00 

Türkiyədə güclü zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +