Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq


17.01.2022  11:25 

Pandemiya: zənginlər daha da varlanır, kasıblar...





A+  A-

Dünyanın 10 ən zəngin adamı hazırda ən yoxsul 3.1 milyard nəfərdən daha çox sərvətə malikdir

Koronavirus pandemiyası başlanandan dünyanın 10 ən zəngin adamının sərvəti iki dəfədən çox artaraq 1.5 trilyon dollara çatıb. Məlumatı Britaniyanın Oxfam xeyriyyə təşkilatı yayıb.

Elə pandemiya dövründə 160 milyondan çox insan yoxsulluğa sürüklənib. Oxfam bu həftə gözlənən virtual Dünya İqtisadi Forumu öncəsi, yanvarın 17-də hesabatını yayıb

Qurum bildirir ki, superzənginlərin pandemiya dövründə daha da varlanmasına səbəb nəhəng iqtisadi stimul paketlərinin səhmləri və digər aktivləri bahalandırmasıdır. Pandemiya başlanandan hər 26 saatda bir yeni milyarder yaranıb.

Dünyanın 10 ən zəngin adamı hazırda ən yoxsul 3.1 milyard nəfərdən daha çox sərvətə malikdir.

“Bu, şans deyil, seçim məsələsidir. Zənginlər və ən nüfuzlu şəxslər üçün struktur siyasət seçimləri ‘iqtisadi zorakılığ’a səbəb olur. Bu isə hamımıza, ən kasıblara, qadınlara və qızlara, irqi azlıq üzvlərinə daha çox birbaşa ziyan vurur”, – hesabat müəllifləri bildirirlər.

Günə 21 min ölüm

Sənədə görə, bərabərsizlik nəticəsində hər gün 21 min insan dünyasını dəyişir. Bu ölümlərin səbəbi tibbi xidmətə çıxışın olmaması, gender əsaslıq zorakılıq, aclıq və iqlim dəyişikliyidir.

Qurum milyarderlərin gözlənilməz gəlirlərindən daha çox vergi tutmağa, zəngin ölkələri COVID-19 vaksinləri üçün intellektual mülkiyyət hüquqlarını qaldırmağa çağırır. Oxfam bildirir ki, superzənginlərdən yığılan vergi pulu ehtiyac içində olanları vaksinlə, tibbi xidmətlə təmin etməyə, sosial xərclərə sərf oluna bilər.

Bu həftə Davosda keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumu pandemiya səbəbindən təxirə salınıb. Omikron ştammının yoluxmaları artırmasına görə siyasətçilər, vətəndaş cəmiyyəti liderləri və biznes adamları virtual olaraq bir araya gələcəklər./AzadlıqRadiosu

Xəbər 1525 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında


BÜTÜN XƏBƏRLƏR +