Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


11.05.2018  11:36 

Xuramandan AÇIQLAMA: “Pul versələr, tez-tez gedərəm“ - VİDEO





A+  A-

“Bəzən elə verilişlər olub ki, getmişəm, sonra özümə demişəm ki, bu üç saat burada oturmağın yerinə daha səmərəli işlərlə məşğul ola bilərdin. Sənə yaxın olmayan mövzuda olan verilişlərdə niyə iştirak edirsən? Düzünü deyim, vaxtım yoxdur. Vaxt olanda da onun arxasınca getməyə həvəs olmur. Düşünürəm ki, ona vaxt ayırdığıma övladlarıma ayıraram. Bəlkə qazanc olsa, tez-tez efirlərə gedərəm”.
XəzərNews.az-ın məlumatına görə, bu sözləri müğənni Xuraman Şuşalı ARB Ulduz-un “Şou məkan” proqramında deyib. Sənətçi bildirib ki, efirlərə getməməmyinin səbəi xına mərasimlərinin çox olmasıdır:

“İndi fikirləşirəm ki, nə qədər qurbanlar vermişəm. Yuxusuz gecələrim olub. Amma indi yuxum gəlirsə, deyirəm ki, yatım, çəkilişə sonra gedərəm. Çəkilişə bir saat qalmış da durub hazırlaşıb gedə bilərəm. Əvvəllər hansısa bölgəyə çəkilişə çağıranda gedirdim. İndi dəvət edirlər, deyirəm yox , inşallah yayda mənim özümlə gedərik. Ulduz xəstəliyi deyil bu. Sadəcə olaraq mən ailəmlə daha çox vaxt keçirmək istəyirəm. Düzdür, şükürlər olsun ki, evdə köməkçim var. Hər şeyi öhdəsinə buraxmışam. Etibar da edirəm. Amma yenə də düşünürəm ki, özüm yedizdirsəm, ondan yaxşı yedizdirərdim. Çalışıram ki, uşaqlarımla bağlı hər şeyi özüm edim. Yaxud atasıyla qalanda deyirəm ki, görən ac qalmadılar? Fikirləşirəm ki, birdən atasını əsəbiləşdirərlər, o da uşaqları vurar. Yoldaşım uşaq vuran deyil, amma böyük oğlum insanı dəli həddinə çatdıra bilir.
Toydan, xınadan gec gəlsəm də, paltarımı dəyişib onların çantalarını yığıram. Səhər dərsə gedəcəklər deyə yumurta qaynadıram. Köməkçim yarım saat əvvəl gəlir, amma bilirəm ki, mən yola salmasam, ac gedəcəklər. Böyük oğlum dərsə gedir, balaca isə hazırlığa. Qapının ağzında mən bunlara ayaqqabı geyindirərkən, yedizdirirəm”.

Sənətçi evə gec gəlsə də, həyat yoldaşı ilə problem yaşamadığını deyib:

“Yoldaşım bilir ki, mən ağlı başında olan insanam. Gec gəlirəmsə, deməli, əziyyət çəkirəm. Bilir ki, bütün qazancım, əziyyətim övladımız üçündür. Arada deyir ki, nə olub özünü öldürürsən. Mən deyingən adamam. Deyirəm hə, atama, anama göndərirəm axı. Rəhmətlik anam deyirdi ki, bu qız burdan dalaşır, sonrada aşkım-aşkım deyib düşür bunun dalınca. Belə tərəfim olsa da, gözəl xasiyyətim də var.

Qadınlar olan məclisdə onların könlünü xoş etmək çox çətindir. Həmişə nə isə tapırlar. Dəridən-qabıqdan çıxıram ki, hər şey yaxşı olsun. Toydan toy tuturam”.



Xəbər 1684 dəfə oxunub.




08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +