Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


01.08.2017  09:13 

Mağazanın girişində vurulan reklamlara görə rüsum ödəniləcək?





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yaradılıb.
Agentlik avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (açıq məkanda) reklam daşıyıcıları-nın yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. XəzərNews.az “Marja”ya istinadən xəbər verir ki, bu gündən açıq məkanda reklam yerləşdirmək istəyənlər Agentlikdən icazə almalı olacaqlar.

Açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi üçün 5 manatdan 10 manatadək dövlət rüsumu ödəniləcək. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə Dövlət Reklam Agentliyinin (icazənin müddəti, reklam daşıyıcısının növü və quraşdırıldığı zonası nəzərə alınmaqla) bir kvadratmetr üçün müəyyən etdiyi dövlət rüsumu ödənilir.

Sahibkarlar xidmət, ticarət və ya digər obyektinin giriş hissəsində vurduqları lövhələrə görə rüsum ödəyib ödəməyəcəkləri ilə maraqlanırlar.

“Reklam haqqında” qanuna görə, açıq məkanda reklam - avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində (açıq məkanda) olan reklam daşıyıcıları üzərində yerləşdirilən reklamdır.

Reklam daşıyıcısı - reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar əmlak, ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri, kütləvi informasiya vasitələri, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləri hesab olunur.

Qanunun 26-cı maddəsində qeyd olunur ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıyıcıları hesab edilmir. Qısası, mağazanızın girişinə istədiyiniz şəkildə və sayda reklamınızı vura bilərsiniz.

Xəbər 1121 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +