“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


25.04.2017  12:31 

Hacıbala Abutalıbov Qüdrət Şükürovun əliylə pul silirmiş





A+  A-

Qızına 400 min dollarlıq toy edən "pulyığan” məmurun hələ də vəzifədə qalmasının səbəbi üzə çıxır
Qızına 400 minlik toy etməsi ilə gündəmə gələn Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun işdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu barədə Bakı Lift-Təmir İstehsalat Birliyindən məlumat verilib.

XəzərNews.az-ın Unikal.org-a istinadən məlumatına görə, Qüdrət Şükürovu himayə edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olduğundan hələlik onunla bağlı sərt qərar verilmir. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, Q.Şükürov uzun illərdir ki, Hacıbala Abutalıbovun əsas "pulyığan”larından biri kimi fəaliyyət göstərib. O təkcə rəhbəri olduğu qurumdan toplanan vəsaitləri deyil, BŞİH-nin tabeçiliyində olan digər qurumlar üzrə də Abutalıbovun qeyri-rəsmi kuratoru olub. Onun Bakıda toplanan böyük vəsaitlərin merə çatdırılması funksiyası nəticəsində özünə də böyük imkanlar yaradıb. Təbii ki, belə bir şəxsin qızına 400 dollarlıq toy etməsi təəəccüblü deyil.

Xatırladaq ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürov 2016-ci ilin dekabr ayında qızına ikinci dəfə toy edib. 400 min dollara başa gələn toy cəmiyyətdə böyük rezonans doğurub.

Onu da deyək ki, hələ 3 il əvvəl prezident İlham Əliyevin "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi fikirlər mətbuatın müzakirə predmetinə çevrilib. Dövlət başçısının həmin çıxışında toxunduğu problemlərdən biri də təbdəbəli ziyafət, məmurların öz övladlarına təmtəraqlı toy etmələri ilə bağlı idi. "Təmtəraqlı toylar, ad günləri, bahalı hədiyyələr - bunları yığışdırın. Bəsdirin. Və kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu həm yerli icra orqanlarına aiddir, mərkəzi icra rəhbərlərinə də aiddir. Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər”,- deyə ölkə başçısı bildirmişdi.

Bundan sonra məmurların bahalı toylar, ad günləri təşkil etməsi xeyli səngimişdi. Amma belə görünür, hələ də dəbdəbəli mərasimlərdən əl çəkə bilməyən vəzifəlilər var. Sonuncu dəfə isə bu siyahıya Qüdrət Şükürovun adı daxil olub.

Əksəriyyət adıçəkilən məmurun vəzifəsindən azad ediləcəyini gözləsə də, bu, hələlik baş verməyib. Görünən odur ki, Qüdrət Şükürov həmin vəzifəyə 2012-ci ildə paytaxt meri Hacıbala Abutalıbovun əmri ilə təyin olunub. O, bu postda olduğu 5 il ərzində müsbət addımları ilə yadda qalmasa da, mer tabeliyindəki qurumun rəhbərini vəzifəsində saxlamağa üstünlük verib.

Xəbər 2171 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib

18.10.2024  16:33 

Balakəndə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +