Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


03.12.2021  12:17 

Natiq Cəfərli ilə Tofiq Yaqublu arasında gərginlik





A+  A-

Milli Şuranın üzvü Tofiq Yaqublunun dekabrın 1-də bir neçə gündür ki, cəzaçəkmə müəssisəsində aclıq aksiyası həyata keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin həbsdən azad edilməsi ilə bağlı təşkil edilən aksiyada döyülməsi ətrafında müzakirələr səngimir.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bəzi siyasətçilər Yaqublunun döyülməsinin təxribat olduğunu, digərləri isə qəsdən həyata keçirildiyini iddia edirlər. Elə bu mövzuda aparılan müzakirələrə REAL Partiyası da biganə qalmayıb. Belə ki, aparılan müzakirələr hər iki siyasətçini üz-üzə qoyub.

Partiyanın icra katibi Natiq Cəfərli status yazaraq Tofiq Yaqubluya qarşı edilən cinayətin dövlət adına ləkə olduğunu vurğulayıb:

“Hakimiyyətin ağıllı siyasəti olsa, bunu özü araşdırar, aksiyanın bütün "kodlarını" açar, cəzasını kəsər, amma etməyəcəklər. Çünki, həqiqət üzə çıxsa, çox adamlar şok olar, "poqonlara" bu sərf etməz, hər dəfə səmimi insan olan, amma heç vaxt siyasətçi olmayan Tofiq bəydən, onun mübarizliyindən istifadə edənlərin də iç üzü açılar”.

N. Cəfərlinin sözügedən statusunda Tofiq Yaqublunun siyasətçi olmadığını deməsi isə sosial şəbəkədə gedən müzakirələri daha da dərinləşdirib. Bu fikrinə görə, REAL üzvü sərt tənqidə məruz qalıb. Bildirilib ki, etiraz aksiyası keçirmək vətəndaşların qanunla təsbit edilmiş haqqıdır.

Daha sonra isə N. Cəfərli partiyanın deputatı Erkin Qədirlinin Tofiq Yaqublu ilə telefonla danışdığını, hüquqi və digər məsələlərdə ona dəstək olacağını deyib: "Erkin Qədirli ilə Tofiq Yaqublu mədəni söhbət aparıb. Tofiq Yaqublu ona təşəkkür edib".

Günün ikinci yarısında isə Tofiq Yaqublu onun döyülməsi ətrafında baş verən siyasi müzakirələrə laqeyd qalmayıb. O, sosial şəbəkə hesabında N. Cəfərlinin onun döyülməsi faktına sərgilədiyi münasibəti qınayıb. Onu siyasətçi adlandırmamasının özünə qarşı aşağılayıcı mövqe olduğunu vurğulayıb.

N. Cəfərli isə son olaraq bu mövzuda status paylaşaraq sözügedən fikirlərinə görə onun qəsdən AXCP rəhbərliyinin göstərişi ilə sosial şəbəkədə söyüldüyünü bildirib. Buna görə qəzəblənən Cəfərli həmin şəxslərə son xəbərdarlığını edib: “Son kəs xəbərdarlıq edirəm, ailəmi, anamı söydürəcək qədər alçalmayın!”. Daha sonra isə onu təhqir edənlərin statuslarının şəklini paylaşıb.

Xatırladaq ki, T. Yaqublunun döyülməsi barədə Daxili İşlər Nazirliyi dekabrın 1-də məlumat yayıb. Bildirilir ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:"Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".

Bu gün isə T. Yaqublu ifadə vermək üçün Səbail Rayon Prokurorluğuna dəvət edilib.



Xəbər 1361 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +