Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


03.12.2021  12:03 

“Deputat məsuliyyətli olmalıdır” - Rüstəmxanlı ilə Mirkişili arasında “söz dueli”





A+  A-

“Mən ötən dəfə rüsumların, cərimələrin artırılmasının əsaslandırılmasını xahiş etmişdim. Mən deyəndə ki, rüsumlar iki dəfə artırılır, komitə sədri Tahir Mirkişili buna etiraz etdi, dedi ki, artım olmayıb”.

XəzərNews.az xəbər verir ki, bunu bu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı bildirib.

S. Rüstəmxanlı deyib ki, hər bir deputat məsuliyyətli olmalıdır: “Layihədə dəyişikliklər, rəqəmlər göz önündədir. Bu rəqəmlərin hamısını yazmağa hövsələm çatmadı. 50-100 faiz aralığında rüsumların artımı göz önündədir. Komitə sədri hansı əsasla deyir ki, artım yoxdur?”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, S. Rüstəmxanlı keçən dəfə 2-3 dəfə artımın olduğunu demişdi, indi dedikləri isə fərqli rəqəmlərdir: “Sabir Rüstəmxanlının başqa fikri olarsa, görüşüb, izahat verərəm”.



Xəbər 1310 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +