Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


27.02.2023  11:46 

Bakıda “Jurnalistlər üçün təhlükəsizilik təlimi” keçirildi





A+  A-

Avropa Jurnalistlər Federasiyası (EFJ) və onun Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təşkilatçılığı ilə Bakıda “Jurnalistlər üçün təhlükəsizilik təlimi” keçirilib. İki gün müddətində davam edən tədbirlər Mətbuat Şurasının konfrans zalında baş tutub.

XəzərNews.az xəbər verir ki, təlimlərə 15 nəfər jurnalist qatılıb.

İştirakçılardan 5 nəfəri Respublika yayımlı KİV subyektlərinin Qarabağ region üzrə akkreditasiya edilmiş əməkdaşları olublar.

Təlimlər EFJ-nin ekspertləri tərəfindən idarə edilib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təlimin məqsədi ekstremal vəziyyətlərdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərini təhlükəsizlik qaydaları ilə tanış etmək olub:

“Təlimlər zamanı Azərbaycan jurnalistlərinə riskli bölgələrdə davranış qaydaları, təhlükəsizliyin təmin edilməsi üçün istifadə edilən modern texnologiyalar barədə bilgilər verildi. Müharibə bölgələrində fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliklərinin təmin edilməsi yönündə təqdimatlar xüsusilə maraq doğurdu. Dron hücumları zamanı öz təhlükəsizliyini qoruya bilmək bacarıqları aşılandı. Jurnalist təhlükəsizliyinin digər istiqamətləri barədə də təqdimatlar edildi”.

Müşfiq Ələsgərli əlavə edib ki, jurnalist təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsinə ciddi zərurət vardır:

“Yaşadığımız regionda münaqişələr mövcuddur. Qarabağ münaqişəsi fonunda 1990-cı ildən başlayaraq 2021-ci ilə qədər olan müddətdə 11 nəfər Azərbaycan jurnalisti və KİV işçisi cəbhə bölgəsində həyatını itiribdir. Onlarla jurnalistimiz fiziki xəsarətlər alıb, sağlamlıqlarına ciddi zərər dəyibdir. Bizim yanaşmamızdan asılı olmayaraq, hər zaman münaqişəyə cəlb olunmaq ehtimalımız vardır. Jurnalistlərimizin təhlükəsizlik qaydaları ilə tanış olmaları risklərdən yayınmaq üçün şərait yaradır. Bu baxımdan, tədbirlərimiz davam edəcək”.



Xəbər 689 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +