Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


10.02.2024  11:37 

Fondun təhsil layihəsinə rekord müraciət var





A+  A-

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) azərbaycanlı gənclərə xaricdə təhsil almaları üçün müraciət prosesinə dəstək layihəsinin birinci mərhələsi başa çatıb.

Fondun Media və Kommunikasiyalar Departamentindən Xəzərnews.az-a verilən məlumata görə, birinci mərhələdə Fonda ümumilikdə 225 nəfər müraciət edib.

Müraciət edənlər arasından akademik göstəriciləri daha yüksək olan 30 gənc seçilib.

Növbəti mərhələdə seçilən 30 gənc müsahibəyə dəvət olunacaq. Artıq bu barədə onlara bildirişlər və müsahibə mərhələsində iştirak üçün dəvət göndərilib.

Qeyd edək ki, 10-18 fevral tarixlərini əhatə edəcək müsahibədə 30 nəfərin arasından Fondun Təhsil layihəsini qazanan 10 tələbə seçiləcək. Müsahibə zamanı tələbələrin akademik göstəricilərindən əlavə onların motivasiyası, sosial aktivlikləri, dünya görüşləri kimi faktorlar da əsas götürüləcək. Seçilmiş 10 nəfər dünyanın ən nüfuzlu universitetlərində təqaüdlü təhsil üçün DABF-ın təhsil layihəsindən istifadə edəcəklər.

Xəbər 1211 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +