“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


24.07.2023  17:35 

“Cavanşir Məmmədov məhkəmə qərarını əvvəlcədən necə bilirdi?“





A+  A-

"Hər kəs mənə bu sualı verirdi: Cavanşir Məmmədovla Mustafa İbili məsələsinin sonu necə oldu? Cavab verirdim ki, birinci günü gözləyək. Bilirdim ki, bu gün hökm oxunacaq. Vəkilimiz orada idi".

XəzərNews.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində deyib. O, Əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda olan Türkiyə vətəndaşı Kemal Mustafa İbili arasında olan məhkəmə prosesindən danışıb.

Aparıcı bildirib ki, C.Məmmədovun məhkəmə qərarını əvvəlcədən bilməsi ona müəmmalı olub:

"Mənim məhkəmənin həftənin birinci günü olacağını bildiyim kimi, Cavanşir Məmmədov da məhkəmənin necə sonlanacağına əmin idi. Adam hər şeyi bilirdi. Dayanmadan deyirdi: baxarsan, elə məhkəmə zalında həbs olunacaq. Hər şeyi detallı şərh edirdi. Əmin oldum ki, Cavanşir Məmmədov sadəcə yaxşı müğənni deyil, həm də altıncı hissi çox güclüdür.

Adam əminliklə bir neçə gün əvvəl baş verən hadisələrin proqnozunu verdi. Adam dediyi kimi oldu. Mustafanı elə məhkəmə zalında həbs etdilər. Vəkilimiz iştirak edirdi prosesdə, gəlib danışacaq. Cavanşir Məmmədovu anlayıram, puluna görə yanırdı.

Amma proses ərəfəsində deyilən məsələlər qaranlıq qalırdı. Hakimin hansı hökm oxuyacağını heç kim bilə bilməz. Görünür ki, olurmuş. Cavanşir Məmmədov demişdi ki, hökm verilən günü verilişə gələcəyəm. Deyirdi aldığım pul verilişdəkilərə paylanacaq. Amma sözünü tuta bilmədi.

Məhkənin qərarı müzakirə olunmur, çıxarılan hökmə hörmətlə yanaşırıq. Məhkəmənin aliliyinə inanan insan olmuşam. Hökmün öncədən bilinməsinin, onun 10 milyon qarşısında deyilməsinin tərəfdarı deyiləm. Bu məhkəmənin qərarına kölgə salır.

Cavanşir Məmmədov intizam alınacaq dedi, adamdan intizam alındı. Həbs olunacaq dedi və adam həbs olundu. "Bu maddə ilə heç kim onu qurtara biləməyəcək" dedi və elə də oldu".

Qeyd edək ki, Mustafa yardım üçün "Təsir dairəsi" verilişinə çıxmış, C.Məmmədov və qızının ona şər atdığını demişdi. Bu gün isə Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay azadlıqdan məhrum edilib.

Xəbər 2517 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +