Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


11.10.2017  11:25 

Azərbaycanda həkimdən inqilabi YENİLİK - Müsahibə





A+  A-

Mikroblarla hüceyrələr arasında tarazlıq pozulduqda xəstələnirik
"Çox miqdarda antibiotik dozası bütün mikrobları məhv edə bilər, bu isə faciədir”

"Xərçəng də kəskin iltihabi xəstəlikdir”

"Beyin şişi də mədə-bağırsaqla bağlıdır”

Dünyada yalnız Bakıda görmə sinirinin atrofiyası müalicə olunur. Bu haqda çox az adam bilir. Amma yeni metodika ilə tibdə yenilik edən professor Rasim Hacıyev bu unikal metodun gələcəyin tibbi inqilabı olacağına inanır.

Həkim bu üsul və digər məsələlərlə bağlı Medicina.az-ın suallarını cavablandırıb.

XəzərNews.az həmin müsahibəni təqdim edir:

-Həkim, yeni HAT metodunun əsasını nə təşkil edir?

- HAT- Human Attractor Treatment deməkdir. İlk dəfə bu haqda Alan Turinq 1943-ci ildə yazıb. Məlum oldu ki, bütün qalaktika, aləmlər, insan orqanizmi XAOS qanunlarına tabedir. Bunun bir sıra anlayışları var: atraktor, difurkasiya, fraktal, Kəpənək effekti. Hava Kəpənək effekti ilə nizamlanır. Ona görə havanın öncədən uzun müddətlik düzgün proqnozunu vermək çətindir. Orqanizmimizdə milyonlarla mikroblar var, onların sayı hüceyrələrdən çoxdur.

Bədənimizdə selikli qişalar mikrobların üstünlük təşkil etdiyi sahələrdir. Mikroblar həyati vacib funksiyalarda mühüm rol oynayır. Mikrobların aralarında qayda-qanunlar var: onların da arasında müxalifət, iqtidar olur. Onları nizamda saxlayan immun sistemidir. İnsan hüceyrələri ilə mikroblar arasında üstünlük uğrunda daim mübarizə gedir. Bəzən bu, müharibəyə çevrilir ki, nəticədə iltihabi proseslər yaranır. Hüceyrələrlə mikroblar arasında təbii harmoniya, tarazlıq olarsa, bu, sağlamlıqdır. Başı, beyni belə, mikroblar idarə edir. Çünki baş ağrıları mədəyə bağlıdır. Mikroblar acdırsa, dərhal baş ağrıyacaq. Ona görə az yemək, ac qalmaq, normal qidalanmamaq, zərərli qidalanmaq hüceyrələr və mikroblar arasında tarazlığı pozur. Orqanizm - xaotik sistemdir. Həkimin işi bu xaosu qəbul edərək, ona qarşı getməyərək, bu xaosun içində bir harmoniya yaratmaqdır.

Görürsünüz, elm, texnika çox inkişaf edir. İnsanlar kosmosa uçur, hər ay yeni telefonlar çıxır. Amma təəssüf ki, adi konyuktivit, görmə sinirinin atrofiyası hələ də müalicə olunmur. HAT sistemi isə yeni üsulla bir çox xəstəlik və ağrıları qısa müddətdə effektiv müalicə etməyə imkan verir.

-Və çox həkimlər də bunu qəbul etmir, ona görə müalicələr düzgün getmir...

-Bəli... Hazırda bir çox iltihabi xəstəlikləri antibiotiklə müalicə edirlər. Amma çox miqdarda antibiotik dozası bütün mikrobları məhv edə bilər. Mikrobları tam öldürmək olmaz, bir az belə deyək, qaydaları pozan, iltihab yaradan mikroblara "hücum edib” cəzalandırmaq yetərlidir. Vaxtında dayanmaq lazımdır.

İlk dəfə antibiotik kəşf olunanda, 10-15 vahid antibiotiklə ağır xəstələri, müharibə vaxtı əsgərləri müalicə edirdilər. İndi 500-1000 vahid antibiotik təyin olunur, xeyri yoxdur.

Görmə sinirinin atrofiyası da iltihabdır, onu da mikroblar yaradır. Biz antibiotik müalicəsi seçirik, çox az miqdarda istifadə edirik, 1 həftəyə xəstə özü təəccüb qalır ki, görmə yaxşılaşdı. Dünyada atrofiyanı müalicə etmirlər. Hətta İsraildə belə bundan imtina edirlər. İndi bizim haqda eşidən atrofiyalı xəstələr Bakıya gəlir, müalicə olunur. HAT üsulu ilə digər göz xəstəliklərini də müalicə edirik. Əgər körpə uşaqlarda çəpgözlük varsa, 8 ayına kimi bizə çatdırılsa, əməliyyatsız gözləri düzəldə bilirik. Burda da Kəpənək effekti sistemi qaydalarından istifadə edirik.

-Bəs, niyə HAT metodu dünyada yayılmır, niyə bu üsuldan digər xəstəliklərin müalicəsində sınanmır?

-Dünyada həmişə belə olub, yeniliklər gec qəbul olunub. Bizi əvvəldən "mikrob pisdir, zərərlidir, mübarizə aparmaq lazımdır” qanunlarına öyrəşdiriblər. Xaos qanunlarını kəşf edən, ilk dəfə yazan Alan Tyurinqi heç qəbul etmədilər, sonda intihar etdi. Eyşteynin özünü də asanlıqla qəbul etmirdilər, çünki Nyuton qanunlarına ziddi idi. Eynşteyn inqilab etdi, sonradan qəbul etdilər. XXI əsrdə Lütfizadə qeyri-səlis nəzəriyyəni kəşf etdi, riyaziyyata yenilik gətirdi.

Qeyri-səlis nəzəriyyə də Xaos qanunlarıdır. HAT da eynilə, tibb elminin qeyri-səlis nəzəriyyəsi kimi bir kəşfdir. Tibb gec-tez bu sistemə keçməlidir.

-Necə oldu bunu kəşf və tətbiq etdiniz?

-Tələbə vaxtında özümün səhhətimdəki problemlə bağlı müalicələr alırdım, antibiotiklər qəbul edirdim. Gah sağalırdım, sonra yenidən başlayırdı. Sonra ağlıma gəldi ki, bu antibiotik məsələsində nəyisə düz etmirəm. Başladım dərindən araşdırmağa. Amerikanın tibb jurnalında Xaos, fraktal barədə məqalələr oxudum. Və bunu təcrübədə tətbiq edib, effektli olduğuna əmin oldum.

-Bu vaxta kimi müalicəsində belə deyək, gözləmədiyiniz, şok effekt aldığınız pasiyentiniz olubmu?

-Bizdə belə xəstələr onlarladır. Hər müalicəmiz şok effekti yaradır. Xarici ölkədən qadın pasiyent gəlmişdi: bir gözü tamam görmürdü, hətta əyilmişdi. O biri gözü isə sürətlə pisləşirdi. Biz ona görən gözü müalicə edəcəyimizi vəd etdik. Amma müalicə zamanı heç görməyən gözü də açıldı. Ola bilər ki, həmin göz yaxın vaxtda tam tutulmuşdu deyə, müalicə təsir etdi. O qadın sevincindən ağlaya-ağlaya getdi. Hər yerdə Bakıdakı müalicədən yazır ki, eyni problemi olan insanlar xəbərdar olsun. Bu sahədə 25 illik təcrübəmiz var. Körpə yaşlarda atrofiyadan müalicə etdiyimiz uşaqlar indi universiteti bitiriblər. Körpələr 6-8 ayına kimi gətirilsə, atrofiyanı müalicə edirik. Atrofiyaya şübhə varsa, gözləmək yox, təcili müalicəyə başlanmalıdır.

Səbəbindən asılı olmayaraq atrofiyanın əsasında da iltihab dayanır. Çox zaman iltihab gizli keçir, insan hiss etmir. Artıq görmə itəndə məlum olur.

Düzdür, artıq ölmüş sinirləri yenidən diriltmək mümkün deyil. Görmə qabiliyyəti az da olsa varsa, müalicəyə götürürük.

-Müalicənizdə nələrdən istifadə edirsiniz?

-Sadəcə, antibakterial preparatlardan istifadə edirik. Onların miqdarını bilirik. Hansı bakteriyaya uyğun antibiotik uyğundursa, onu seçirik. Atrofiyanın müalicəsi üçün biz artıq qızıl standartı təyin etmişik. Gələcəkdə başqa xəstəliklərdə də tətbiq etməyi düşünürük.

-Siz də uzun müddətli antibiotik müalicəsinin əleyhinəsiz?

-Bəli, olmaz, qəti qadağandır. Bu haqda çox danışmaq olar. Antibiotik ən zəruri halda, çox qısa müddətə təyin olunmalıdır. Antibiotik orqanizmdə zəif nöqtəni tapıb, ona mənfi təsir edir. Gözlərə də zərəri var, beyinə də, mədəyə də. Ona görə, yaxşı həkimlərə müraciət etmək lazımdır. Həkimlər Xaos sistemini əvvəl-axır öyrənməlidir. Xaos varsa, qayda-qanun da olacaq. Bu qanunları məktəbdən uşaqlara öyrətmək lazımdır. Yaşlı adamlarda o kök salmış fikirləri qoparmaq mümkün deyil. Adam var xəstə uşağı aylarla antibiotiklə müalicə edir, uşaq sağalmır, yenə eyni müalicə edir, bilə-bilə səhv yolla gedir.

Ona görə də adi iltihabi xəstəliklərə belə qalib gələ bilmirik.

-Bəs əsrin bəlası olan xərçəngə necə, bu metod təsir edərmi?

-Bəli. Çünki xərçəng xəstəliyi də kəskin iltihabi xəstəlikdir. Səbəb iltihabdır, uzun müddət olduqda xərçəngə çevrilir. Orda da Xaos qanunları işləyir.

Beyin şişi də mədə-bağırsaqla bağlıdır, bizi mikroblar idarə edir. HAT sistemi ilə müalicə bir sirdir. Hələ ki, bu sirrin Azərbaycanda qalmasını istəyirəm.

Çətin də olsa yavaş-yavaş bu sistemi tanıdıb, daha geniş tətbiq edəcəyik.


Xəbər 3496 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +