“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


03.10.2017  11:35 

“Azəriqaz” ölkədəki qaz problemi təkzib edir...





A+  A-

Hələ payızın əvvəlində qazın təzyiqi bu qədər aşağıdırsa, görəsən, qışda vəziyyət necə olacaq?
Hazırda insanları narahat edən əsas məsələlərdən biri də havaların soyuması ilə paralel olaraq mənzillərə verilən qazın təzyiqinin aşağı düşməsidir. Tələbatın artması isə problemin daha da dərinləşməsinə səbəb olur. Nəticədə bir neçə gündür ki, “Qaz niyə yoxdur?” sualı mətbuatın gündəmindən düşmür.

“Yeni Müsavat” qəzetinə daxil olan şikayətlərin sayından və coğrafiyasından da anlaşılır ki, ölkənin müxtəlif regionları bu problemdən öz nəsibini alıb. Elə müxtəlif ünvanlarda redaksiya əməkdaşlarının əksəriyyəti də oxşar problemi yaşayırlar. Nəticədə mənzillərin qızdırılması üçün istifadə olunan “kombi”ni işə salmaq belə mümkün deyil. İnsanlar qazdan asılı olan gündəlik məişət ehtiyaclarını belə ödəməkdə çətinlik çəkirlər. Şikayətlər əsasən, Xətai, Binəqədi, Suraxanı rayonlarından, xüsusi ilə Bakı kəndlərindən - Novxanıdan, Maştağadan gəlir.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə sualımıza cavab olaraq bildirdi ki, ümumilikdə qazın olmamasından söhbət gedə bilməz. Tək-tək mənzillərdə qazın təzyiqinin aşağı olması ölkə üzrə qazın olmaması anlamına gəlmir: “Bir adamın evində hər hansı səbəbdən təbii qazın verilişində yaranan problemi aydınlaşdırmaq üçün bizim çağrı mərkəzinə müraciət etməlidir. Çağrı mərkəzindən əməkdaşlarımız qeyd olunan əraziyə, mənzilə baxış keçirib təbii qazın verilişin bərpa etməlidirlər”

İ.Kərbalayev vurğuladı ki, tələbat artdıqca təbii qazın verilişi də artır: “Son iki gündə ümumi sərfiyyat 1 milyon kubmetrdən artıq çoxalıb. Oktyabrın 1-də təbii qazın sərfiyyatı 8 milyon 775 min kubmetr olubsa, oktyabrın 2-də 9 milyon 792 min kubmetr olub. Artım 1 milyon 17 min kubmetrdir. Tələbat artdıqca təbii qazın verilişi də artır”

“Azəriqaz” sözçüsü son günlər qazın təzyiqinin zəifləməsini belə izah etdi: «Havalar soyuqlaşanda qaza olan tələbat kütləvi şəkildə artır. Bu səbəbdən də zəiflik müşahidə olunur. Qaz təchizatı sistemində təhlükəsizlik qaydalarına uyğun olaraq birdən-birə qaz həcmini artırmaq mümkün deyil. Tədricən qazın verilişi artırılır. Əməkdaşlarımız tərəfindən yerlərdə tənzimlənmə işləri aparılır. Hansı ərazidə problem müşahidə olunursa, əməkdaşlarımız tərəfindən aradan qaldırılır. Xahiş edirik ki, abonentlərimiz də bununla bağlı müraciət etməkdən çəkinməsinlər".

Xəbər 1740 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +