“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


09.02.2021  12:23 

General Vətən müharibəsinin ilk günündən danışdı





A+  A-

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov Vətən Müharibəsi zamanı artilleriya bölmələrinin döyüşü haqda danışıb.
XəzərNews.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, A.Sultanov jurnalistlərə açıqlamasında bildirib ki, Vətən müharibəsində düşməni böyük itkiyə məruz qoyaraq qələbə qazanan Azərbaycan Ordusunun artilleriya bölmələri döyüşün ilk günü kütləvi atəş zərbələri ilə düşmənin 500-ə qədər hədəfini məhv edib: “Vətən müharibəsi dövründə təkcə artilleriya qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya qüvvələri məhv edilib. Şuşa şəhərinin işğaldan azad olunmasına və qələbəyə aparan, təhlükəli, keçilməsi xüsusi peşəkarlıq tələb edən dağ meşə-yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular bölmələrimizin atəş dəstəyini təmin edib.

Əməliyyat, taktiki raket və reaktiv artilleriya divizionları kimi uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozulub və məğlub olublar.

Düşmənin 30 il ərzində qurduğu müdafiə sistemini ordumuz dəqiq atəşlə məhv edib. Onu da qeyd etməliyik ki, düşmən tərəfinin itkiləri bizimlə müqayisədə iki dəfədən çoxdur".

Xəbər 1911 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.10.2024  13:00 

Türkiyədə güclü zəlzələ olub

14.10.2024  12:45 

Mən ölümdən qorxmuram -Nazənin


BÜTÜN XƏBƏRLƏR +