ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video


22.06.2021  10:14 

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başladı





A+  A-

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb.
XəzərNews.az-ın məlumatına görə, iki gün ərzində keçiriləcək təlimin başlamasından əvvəl kontr-admiral Sübhan Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr admiralı Sübhan Bəkirov çıxış edərək təlim barədə ümumi məlumat verib.

Kont admiral bildirib ki, iki mərhələ üzrə həyata keçiriləcək təlimlərdə hərbi dəniz qüvvələrinin döyüş dəstəsi, döyüş təyinatlı gəmiləri, təmin edici gəmilər dəstəsi və dəniz piyada briqadası iştirak edəcək. Bundan başqa təlimin keçirilməsi üçün 1000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi və kater, iki vertolyot cəlb olunub.

Qeyd edək ki, təlimin eçirilməsində əsas məqsəd Azərbaycan respublikasının hərbi, siyasi və iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə Hərbi Dəniz Qüvvələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılması, neft-qaz boru kəmərlərinin monitorinqinin keçirilməsi və müxtəlif şəraitdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların yerinə yetirilməsi zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətlərinin işlənməsidir.
Təlimlər zamanı döyüş fəaliyyətinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi eyni zamanda gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqları yoxlanılacaq.
Bundan əlavə Xəzər dənizinin Azərbaycan respublikasına məxsus sektorunda daxil olmuş şərti düşmənin məhv edilməsi, əlverişli əməliyyat rejiminin bərpa edilməsi və universal müdafiənin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Xəbər 1857 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı

12.08.2024  16:05 

Putin müşavirə keçirir

11.08.2024  19:36 

Ucarda yanğın baş verib

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +