Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto


05.06.2018  14:18 

Hərbi ekspert: “O aktrisa Azərbaycan kişilərini təhqir etdi”





A+  A-

“Bu gün sosial şəbəkələr və əksər onlayn elektron media resurslarında Azərbaycana, azərbaycanlı kişi obrazına qarşı yönəldiy heç bir şübhə doğurmayan dezinformasiya məqsədli xəbəri oxuduqdan sonra bunun hər birimiz üçün təhqir və rəzalət olması düşüncəsinə gəldim”.
XəzərNews.az-ın məlumatına görə, bunu hərbi ekspert Üzeyir Cəfərov türkiyəli aktrisa Özgə Borakın sosial şəbəkədəki hesabında guya azərbaycanlı iş adamının ona 1 milyon dollar müqabilində əxlaqsız təklif etdiyinə dair paylaşımının xəbərə çevilməsinə reaksiyası zamanı bildirib.

Ü.Cəfərov bildirib ki, bu "ekstra xəbərin" bəh-bəh ilə müzakirə olunması, sadəcə gülüş və təəssüf hissi doğurur:

“Biz dəfələrlə qeyd etmişik ki, bu cür xəbərlər axmaq və mənasız, mənbəyi bilinməyən dedi-qodu məqsədləri üçün tirajlanır və konkret olaraq torpaqları erməni-rus tapdağı altında qalan Azərbaycanlı kişinin alçaldılması, təhqir olunması məqsədi güdür. Yaxşı, bu türk aktrisası kiminsə təhriki və ya kimdənsə heyfini almaq üçün bu cür gic, düşük bir xəbəri öz səhifəsində paylaşıb. Bizim qeyrətimizə, mənliyimizə nə olub ki, bu cür ucuz xəbəri gen-bol yayır və özümüz özümüz alçaldır, təhqir edirik!

Məgər biz görmürük ki, bu üzr istəyirəm ifadəmə görə, yanıq və başdan şinanay qadın gündəmə gəlmək üçün bu cür ucuz metoddan istifadə edib? Vallah ayıbdır. Billah ayıbdır. Onsuz da hamının əsəbləri bir sıra bəlli ölkə daxili və ölkə xarici məsələlərə görə tarıma çəkilib”.

Ekspert qeyd edib ki, bu cür ünvansız və cılız xəbərlərə yalnız və yalnız o türk aktrisası səviyyəsində olan adamlar inana bilərlər:

“Bizi düşmənlərimiz ermənilər təhqir edir, yazırıq, ruslar üstünü "düzəldir", yenə yazırıq. Bəs dili bir, dini bir olan türk arkadaşlarımız ağıllarına və ya ağızlarına gələni yazanda niyə biz məsələnin etik və digər nüanslarını nəzərə almırıq?
Şəxsi düşüncəmə görə, bu cür xəbər sadəcə içi mən qarışıq azərbaycan kişisini təhqir etmək üçün dövriyəyə buraxılmış qurşaqdan aşağı çox ağır zərbədir. Bir də, mən bu cür ucuz və ünvansız "şok xəbər" tirajlayan dostların belə yanaşmasına normal məntiqlə yanaşa bilmirəm. İnformasiya müharibəsinin "buynuzu" olmur. Belə əxlaqdan uzaq zərərli xəbərlər isə onsuz da aşınmaqda olan ümumbəşəri dəyərlərimizi bir az da gözdən salır və psixoloji durumu gərgin olan insanların, maddi və mənəvi sıxıntılarını daha da artırır, düşmənlərin maraqlarına tam uyğun gəlir. Əyri oturub düz danışaq. Sizcə, üzü üzlər görmüş, min hoqqalardan çıxan bu türk aktrisaya ağlı və əxlaqı yerində olan hansı ağıllı kişi bu cür təklif edə bilər?

Hətta onun əlində külli ixtiyarı və kifayət qədər maddi imkanları olsun! Mən buna inanmıram və hesab edirəm ki, bu cür ucuz "şok xəbəri" tirajlayan dostların da tam əksəriyyəti inanmırlar. Belə olan halda, bəs bu külək kimi yanımızdan ötüb keçməli olan dezinformasiyanın bizə hər hansı bir xeyri oldumu? Əksinə, bu adımıza və sanımıza daha da ağır zərbə oldu. Allah belə ucuz şər-xətadan xalqımızı və dövlətimizi qorusun! Sizi inandırım ki, bu ucuz xəbəri tirajliyan sosial media və onlayn portallar sona qədər bu işin üstünə getsələr, belə bir azərbaycanlı kişisinin olmadığına tam əmin ola bilərlər. "Güllə yarası sağalar, amma söz yarası sağalmaz" deyərlər atalarımız... Söz isə artıq deyilib. Kimin deməsindən asılı olmayaraq. Hədəfdə də biz azərbaycanlı kişilər. İndi biz nə edək ki, bu axmaqlığı dövriyəyə buraxan qadını ağıllandıraq? Bəlkə bunu başa salaq ki, getsin tayını və ünvanını doğru-düzgün tapsın?”.

Xəbər 2235 dəfə oxunub.



31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +