“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


20.08.2020  09:28 

Gənc həkimlərin yarıdan çoxu imtahandan kəsildi





A+  A-

Bu il rezidentura pilləsinə qəbul üzrə imtahanda iştirak etmiş 122 həkim namizəd ictimaiyyətə və müvafiq dövlət qurumlarına müraciət ediblər.
XəzərNews.az-a daxil olan müraciətdə qeyd olunub ki, avqustun 5-də rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak edən 1428 namizədin yarısından çoxu imtahan üzrə müəyyən edilmiş keçid balını (40 bal) toplaya bilməyib:

“Hazırda da davam edən COVID-19 pandemiyası ilə bütün dünya ölkələri kimi bizim ölkəmiz, səhiyyəmiz də mübarizə aparır. Gənc həkimlərimizin çoxu bu çətin şəraitdə koronavirus ilə mübarizə aparıb. Bu sınaqdan ən yaxşı şəkildə, uğurla çıxmaq üçün ölkəmizin bütün tibb işçiləri səfərbər olublar. Belə ki, 2020-ci ilin mart ayından başlayaraq hər birimiz işlədiyimiz müəssisələrdə gecə-gündüz xidmət göstərməklə COVID-19 pandemiyası ilə mübarizə aparmağa, ölkəmizi bu ağır bəladan qurtarmağa çalışırıq və daim çalışacağıq.

Ölkəmizin tibb sahəsində yaranan gərginlik və ağır şəraitlə əlaqədar olaraq, biz həkimlər üçün rezidenturaya qəbul üzrə bu il keçirilən imtahanlara tam hazırlaşmaq mümkün olmayıb. Bütün bu çətinlikləri nəzərə alaraq, rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə bu ilki keçid balının müəyyən qədər aşağı salınması üçün aidiyyəti qurumlara müraciət edirik.

Onu da nəzərinizə çatdıraq ki, 2015-ci ildə rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə keçid balı endirilib və ikinci mərhələyə 1000 namizəd buraxılıb”.

Qeyd edək ki, 122 rezident bu məzmunla Nazirlər Kabinetinə, Səhiyyə Nazirliyinə, Dövlət İmtahan Mərkəzinə və Milli Məclisə müraciət ediblər.

Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın 3.4-cü bəndinə əsasən imtahanların məzmunu, forması, aparılma texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən müəyyənləşdirilir.

Eyni zamanda həmin Qaydaların 3.3-cü bəndinə əsasən namizədin təhsil aldığı əsas (baza ali) tibb təhsili istiqamətindən asılı olaraq, imtahan aparılan baza və ixtisas fənləri Mərkəz tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Adı çəkilən Qaydaların 3.2-ci bəndinə əsasən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. “Məqbul” nəticə əldə edən namizədlər 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ qazanırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr isə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmaq üçün müsabiqə şərtləri Mərkəz tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

Rezidenturaya qəbulun mərhələləri üzrə müsabiqə şərti müəyyən edilərkən həkim-mütəxəssis hazırlığı üçün müvafiq fənlər üzrə tələb olunan minimum bilik səviyyəsi nəzərə alınır. Əks halda, rezidenturada təhsil zamanı praktik vərdişlər əldə olunması üçün nəzəri biliklərin kifayət etməməsi həm rezidentura təhsili dövründə, həm də həkim-mütəxəssis kimi fəaliyyətə başladıqda bir çox problemlər (rezidentura təhsili dövründə peşə bilikləri və peşə bacarıqlarını mənimsəməkdə çətinliklər, xəstələrin diaqnostikası və müalicəsi zamanı həkim səhvləri və s.) yarada bilər. Eyni zamanda pandemiya şəraiti daha yüksək ixtisaslı, peşəkar, savadlı mütəxəssislərə ehtiyac olduğunu bir daha göstərdi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı üzrə müsabiqə şərtinin dəyişdirilərək keçid balının azaldılması məqsədəuyğun hesab edilmir.

Xəbər 1835 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib

18.10.2024  16:33 

Balakəndə yol qəzası olub

17.10.2024  13:00 

Türkiyədə güclü zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +