“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


13.06.2018  17:51 

Aynur Camalqızının əri Kəraməti döyüb





A+  A-

Gənc yazar Kəramət Böyükçöl "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edib.
XəzərNews.az Criminal.az-a istinadən xəbər verir ki, bu barədə K.Böyükçöl ``facebook`` profilində yazıb.

Yazar bildirib ki, Aynur Camalqızının həyat yoldaşı İlqar Əliyev bir neçə şəxslə birgə onu döyüb:

"Aynur Camalqızının əri İlqar mənə təhqir mesajları, söyüşlər yazdı, sonra isə Hüseyn Cavid parkına “razborka”ya çağırdı. Gəldi, məni söhbət eləyə-eləyə kamera olmayan bir yerə apardı, orda məni təhqir etdi. Ona cavab verərkən bir də gördüm ki, üstümə İlqar və dostları cumdu. Məcbur olub yüyürüb Bakı Dövlət Universitetinin darvazasından özümü içəri atdım ".

Hadisə zamanı Kəramətin yanında olan Dəyanət Babayev də döyüldüyünü qeyd edib:

"Dünən axşam təxminən saat 7-8 radələrində Kəramət Böyükçöl mənə zəng etdi və bildirdi ki, onu Aynur Camal qızının həyat yoldaşı İlqar onu hədələyərək təhdid edir. Dedi ki, İlqar məni “razborka” çağırır döyə bilər və sən bunu çəkib ictimailəşdirməyə kömək et. Mən etiraz etmədim. Dərhal həmin ünvana getdim.

İlqar Hüseyn Cavid parkına idmançı bir dostu ilə gəldi. Onlar Kəramətlə söhbət edə-edə onu təxminən 500-600 metr kənara apardılar.Bizi onun digər idmançı dostları da qara maşınlarla müşahidə edirdilər. Aralarında mübahisə düşdü. İlqar və dostu Kəraməti döyməyə başladılar. Sonra həmin maşınlardan İlqarın digər dostları düşüb gəldi. Məsələnin artıq ciddi olduğunu anlayıb telefonumla hadisəni çəkməyə başladım. Bu zaman İlqarın idmançı dəstələri üstümə hücum çəkdi, məni Kəramətdən də betər vicdansizcasına döyməyə başladılar, telefonumu ayaqlarıyla əzib sındırdılar, özümü yerə yıxıb sağ və sol tərəfdən başıma təpiklə zərbələr vurdular.

Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişəm. Dünən hadisəni araşdırmaq üçün məni Yasamal rayonu 28-cı polis bölməsinə dəvət etdilər, amma daxili ağrılarım çox olduğu üçün gedə bilmədim. Ağrılardan gecə, demək olar ki, yata bilməmişdim. Bu gün isə polis bölməsinə gedib hadisə ilə bağlı ifadə verəcəyəm".

Qeyd edək ki, Kəramət daha sonra bütün statuslarını silib.




Xəbər 2402 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.10.2024  13:00 

Türkiyədə güclü zəlzələ olub

14.10.2024  12:45 

Mən ölümdən qorxmuram -Nazənin


BÜTÜN XƏBƏRLƏR +