Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


01.06.2020  12:58 

Deputatdan uşaq bağçaları ilə bağlı təklif





A+  A-

Deputat Arzu Nağıyev modul tipli uşaq bağçalarının tikilməsini təklif edib.
XəzərNews.az xəbər verir ki, A.Nağıyev parlamentdə bildirib ki, təmsil etdiyi Gədəbəy-Tovuzda buna ciddi ehtiyac var: “Bilirsiniz ki, artıq kənd təsərrüfatında qızğın işlər başlayıb. Bu sahədə analar da çalışır. Onlar uşaqları ilə birgə sahəyə gəlməli olur. Soruşanda deyirlər ki, rayonda uşaq bağçalarının çatışmazlığı var. Bu bölgədə uşaq bağçalarının təmirə ehtiyacı diqqətçəkən məqamdır. Təmirə ayrılan vəsait isə bir neçə uşaq bağçanın təmirinə çatmır.

Hesab edirəm ki, həmin vəsaitlə bir neçə modul tipli bağça tikmək olar. Dövlət inhisarında olan bağçalarda vəziyyət yaxşı deyil. Bununla bağlı müəyyən monitorinqlər keçirilməsinə ehtiyac var. Çünki hazırda çalışan insanlar əsasən gənclərdir. Onların da uşaqlarını bağçaya qoymasına ehtiyac var”.

Spiker Sahibə Qafarova da modul tipli uşaq bağçalarının tikilməsinin aktual olduğunu qeyd edib.

Xəbər 1444 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +