Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


21.09.2024  11:21 

Türkiyənin mirası: Qardaş ölkənin Avropa Şurası tərəfindən zeytun marşrutlarına daxil edildiyini bilirdinizmi?





A+  A-

Bəşəriyyətin yaranışı qədər qədim bir tarixə malik olan zeytun, Anadolu torpaqlarının həm də xilaskarlıq missiyasını daşıyır. Aralıq dənizi iqlimi sayəsində Türkiyə bu gün dünyanın ən böyük zeytun bağlarına sahibdir. Ege bölgəsindən tutmuş Aralıq dənizi boyunca və şərqi Anadoluya qədər uzanan hər bir bölgə çoxəsrlik zeytun ağacları ilə doludur.

Ölkənin zeytun ağaclarının 75%-i Egey bölgəsindədir. Payızda Egeydəki zeytun bağları bölgəyə ayrı bir gözəllik və canlılıq qatır. Türkiyənin mirası adlanan zeytunun möcüzəvi dəyəri və turistlər tərfindən sevilməsinin səbəbləri barədə sizləri məlumatlandırmaq istəyirik.

Zeytun bağları turu
Avropa Şurası tərəfindən zeytun marşrutlarına daxil edilən Türkiyə, bütün bölgələrində zeytun istehsal edir. Bu ərazilər arasında ən vacib zeytun istehsal zonaları, şübhəsiz ki, Egey sahilləri boyunca yerləşir. Zeytun istehsalı ən çox Balıkəsir, İzmir, Manisa, Aydın və Muğla olur. Bütün İda dağı bölgəsi əsas zeytun ərazisidir. Çanaqqaladakı Adatəpə Zeytunyağı Muzeyinə qısa bir ziyarət, Türkiyədə zeytun yolunun necə başladığını nümayiş etdirir. Türkiyənin ilk zeytunyağı muzeyində zeytun yağının “səyahətinə” şahidlik edə bilərsiniz.

Balıkəsirdə Ayvalık rayonu zeytun yetişdirilməsinin ən qədim ənələrinin olduğu bir yerdir. Məhsul festivalları yerli sakinlərlə ünsiyyət qurmaq və yerli təamlardan dadmaq üçün əla fürsətdir.

Manisa Kırkağaçda dünyanın ən qədim zeytun ağaclarından birinin hələ də meyvə verdiyini öz gözlərinizlə görə bilərsiniz. 1650 yaşlı ağac 2013-cü ildə “abidə ağac” kimi qeydə alınıb və mühafizə olunur.

Egey dənizinin incisi olan İzmir Türkiyənin ən əhəmiyyətli zeytun və zeytunyağı mərkəzlərindən biri hesab olunur. Qədim zeytun ağaclarına Səlcuq, Seferihisar, Güzelbahçe, Urla, Çeşmə və Karaburun kimi rayonlarda rast gəlmək olar. Bundan əlavə, Uzunkuyu kəndində yerləşən Köstem Zeytunyağı Muzeyi zeytun istehsalının 4000 illik tarixini əks etdirən nümünələr var.

25 milyon zeytun ağacının olduğu Aydında yol üzərində Oleatrium Zeytun və Zeytunyağı Tarixi Muzeyi yerləşir. Milas mahalı zeytun istehsalında əhəmiyyətli bir yerdir. Milasda zeytun ağaclarının hələ 8000 il əvvəl əkildiyi tarixi mənbələrdə öz əksini tapır. Milas Zeytun Məhsulu Festivalı zamanı yüksək keyfiyyətli zeytun və zeytun yağlarından nümunə götürə bilərsiniz.

Əsrlik ritual: Zeytun yığımı
Zeytun ağacları iyun ayında çiçək açmağa başlayır və yayın sonunda artıq yetişir. Payızda isə məhsul yığımına hazırlaşırlar. Zeytun yığımının qədim ənənəsi yerli sakinləri və ziyarətçiləri bir araya gətirir. Egeydə yerli sakinlər ümumiyyətlə çoxəsrlik əl yığma ənənəsinə sadiq qalırlar, çünki bu, zeytunun keyfiyyətini qoruyub saxlayır. Sonra əllə yığılan zeytunlar “süfrə zeytunları”, “zeytun yağı üçün sıxılan zeytunlar” və budaqlarından düşmüş zeytunlar yəni “çəkilmiş zeytunlar” olaraq ayrılır.

Budaqlardan süfrələrə: Zeytun yağının möcüzəsi
Zeytunların yağa çevrilmə prosesinə şahid olmaq başqa bir möcüzədir. Zeytun yığıldıqdan sonra dərhal yerli dəyirmanlara və ya fabriklərə aparılır, orada sıxılır və sağlıqlı Egey mətbəxinin əsas məhsulu olan yüksək keyfiyyətli zeytun yağı qablaşdırılır. Çəkildikdən sonra qablaşdırılan zeytun yağı, yeməklərin dadını artıraraq, Egey mətbəxində əsas rol oynayır. Uzun və sağlam ömür sürmək üçün vacib olan zeytun yağını hər yeməyə daxil edilə bilər. Səhər yeməyində ədviyyatlarla ətirli zeytun yağı çörək batırmaq üçün təqdim edilərkən, şövkəti-bostan kimi yerli otlar, dəniz paxlası və balqabaq çiçəkləri kimi tərəvəzlər də bişirilir və yeməklərin ləzzətinə ləzzət qatır. Bundan əlavə, hər yeməkdə zeytun yağı, sirkə və ya limonla hazırlanmış ləzzətli souslu salatlar verilir.







Xəbər 3906 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +