“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


28.06.2017  11:53 

“Otellərdə bir dənə də boş yer yox idi” - Nazir





A+  A-

"Formula 1 üzrə Azərbaycan Qran Prisində bu il tamaşaçıların sayı ötənilki ilə müqayisədə 100 faiz artıq olub.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov AzTV-də yayımlanan "Günün nəbzi" verilişinə müsahibəsində bildirib. O deyib ki, təxmini hesablamalara əsasən, Qran Prini 70 minədək tamaşaçı tribunalarda və ayaq üstə seyr edib. Nazirin fikrincə, bu, çox yüksək rəqəmdir:

"Biz buna çox sevinirik. Faiz nisbətinə baxanda, tamaşaçıların 33 faizi xarici qonaqlar, 67 faizi isə yerli tamaşaçılar olub. 33 faiz böyük rəqəmdir. Onlar 65 ölkənin turist və tamaşaçı qismində iştirak edən nümayəndələri olublar. Bütün şəhər yeni simalarla, qonaqlarla dolu idi. Biz onları hər yerdə - çox maraqlı və çox gözəl məkanlarımızda, Heydər Əliyev Mərkəzində görürdük. Əsas məqsədimiz Azərbaycanı dünyaya tanıtdırmaq və ölkəyə turistləri dəvət etməkdən ibarət idi. Demək olar ki, əsas məqsədə çatırıq".

Nazir Azərbaycan Qran Prisinin əhəmiyyətindən də danışıb: "Məndə olan məlumata görə, otellərdə bir dənə də boş yer yox idi. Tam dolmuşdular. Turistlərdən savayı, bütün əməliyyat işlərində 15 minədək mütəxəssis iştirak edib. Onlardan 1000 nəfərədək yerli ofisin işçiləri, 4000-ə qədəri könüllülərimiz, qalanları marşallar, tikinti işlərini aparanlar və digər şəxslər olub. Onların böyük qismi xaricilər olublar. Gəliblər, Bakıda işləyiblər, maaş alıblar və onun vergisini ödəyiblər. Turistlərin kütləvi axını isə iqtisadiyyatımız üçün böyük uğurdur. AZAL şirkəti vasitəsilə biletlərin alınması, Bakıya gəlmələri, təyyarələrin dolu olması, bütün nəqliyyat sistemimizin çalışması, xidmətlərin göstərilməsi, otellər... Bunlar vergi ödəyiblər, işsizliyi aradan qaldırmaqda kömək ediblər. Yəni, Azərbaycan Qran Prisi bizim üçün çox əhəmiyyətli tədbirdir".

A.Rəhimov, həmçinin, yarışı işıqlandırmaq üçün Bakıya 400-dən artıq jurnalist gəldiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda keçirilib. Yarışın qalibi "Red Bull"un avstraliyalı pilotu Daniel Rikkardo olub.

Xəbər 1393 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.10.2024  13:00 

Türkiyədə güclü zəlzələ olub

14.10.2024  12:45 

Mən ölümdən qorxmuram -Nazənin


BÜTÜN XƏBƏRLƏR +