“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


22.07.2024  17:23 

Bütün peşə sahibləri yaltaqlananda iyrənc görünürlər...





A+  A-

Bu gün jurnalistlərin peşə bayramıdır. Hələ iş günü başa çatmayıb, amma çox sayda təbrik mesajı almışam. Mesajlar məzmununa görə sadədən mürəkkəbə doğru dəyişir.

Məsələn, sadə mesajlardan biri eynən belədir: “İctimai maraqları şəxsi maraqlardan üstün tutan bütün jurnalistləri təbrik edirəm”.

Müəllif kifayət qədər tanınmış ictimai xadimdir. Bu təbrikə mənimlə birlikdə 78 jurnalisti tağ edib.

Başqa bir mesaj isə, bu məzmundadır: “Qələmini satmayan, heç kimə yaltaqlanmayan, pul üçün yazmayan bütün jurnalistləri təbrik edirəm”.

Elə mesajlar da var ki, hər sətrindən, hər sözündən populizm qıcqırır: “Jurnalist məmurun yox, millətin yanında olmalıdır. Jurnalist haqqı nahaqqa qurban verməməlidir. Jurnalist heç kimə yaltaqlanmamalıdır. Sözü ilə əməli üst-üstə düşən bütün jurnalistləri təbrik edirəm”.

İşləyən, alnının təri, gözünün nuru ilə pul qazanan bütün insanlar üçün peşə bayramı əzizdir. Şəxsən mən bütün peşələrə hörmət və ehtiramla yanaşıram.Əsas odur ki, insan vicdanlı olsun, ən çətin vəziyyətdə belə ləyaqətini itirməsin...

Müəllim ailəsində böyümüşəm. Nəslimizdə 10-a yaxın pedaqoq olub. Hər il oktyabrın 5-də tanıdığım müəllimləri peşə bayramı münasibəti ilə təbrik edirəm. Amma heç vaxt demirəm ki, bu təbrik ancaq yaltaq olmayan müəllimlərə aiddir. Həkimlərin, polislərin, mühəndislərin, neftçilərin də bayramını təbrik edirəm. Amma bir dəfə də olsun, kiməsə minnət qoymağı ağlımın ucundan keçirmirəm. Peşəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, heç bir insan yaltaqlıq etməməlidir. Ləyaqətlə yaşamaq həyat tərzi olmalıdır.

Məhşur atalar sözüdür: Dost məni ansın, bir çürük qoz ilə...

Bu gün yazılan hər bir mesaj, edilən hər bir zəng mənim üçün çox qiymətlidir. Ev, fəxri ad, orden-medal paylananda həmişə kənarda qalsam da, oxucuların münasibətindən heç vaxt şikayətçi olmamışam. Bu diqqət, bu sevgi yaşadır məni. Jestləriniz üçün sağ olun. Amma biz dostuq, gəlin, açıq danışaq: Görəsən, bəzi adamlar jurnalistləri təbrik edəndə niyə onlara minnət qoyur? Niyə ancaq jurnalistdən dürüst və vicdanlı olmaq tələb edilir? Niyə həkim, mühəndis, hətta müfəttiş yaltaqlananda heç kim ağız büzmür, jurnalist bunu edəndə tozanaq qoparırlar?

Allah insana ömrü bir dəfə verir. Ləyaqətlə yaşamaq hamının borcudur. Peşənin bu məsələyə zərrə qədər də dəxli yoxdur. Yaltaqlıq təkcə jurnalistin deyil, bütün peşə sahiblərinin timsalında iyrənc görünür...

Seymur VERDİZADƏ


Xəbər 3585 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.10.2024  12:45 

Mən ölümdən qorxmuram -Nazənin

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib


BÜTÜN XƏBƏRLƏR +