Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


01.07.2019  16:18 

Ən çox boğulma halları bu üç çimərlikdə baş verib - RƏSMİ





A+  A-

Demək olar ki, hər il çimərlik mövsümü başlayandan sonra mövsüm boyunca boğulma halları qeydə alınır. Boğulma halları qeyri-çimərlik əraziləri ilə bərabər, ümumi müəyyən edilmiş ərazilərdə də baş verir.
Bu il də çimərlik mövsümü elan edilər-edilməz artıq boğulma halları qeydə alnıb.

XəzərNews.az xəbər verir ki, FHN kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili Modern.az-a açıqlamasında iyunun 1-dən bu günədək 45 nəfərin boğulma təhlükəsindən xilas edildiyini bildirib.

“Boğulmaqda olan şəxslər xilasedicilər tərəfindən xilas olunub. Ümumi çimərlik ərazilərində, xidməti yerlərdə ölüm hadisəsi qeydə alınmayıb. Xilas edilən 45 nəfərin heç birinin səhhətində ciddi problem yaranmayıb, hər birinə ayrılıqda ilkin tibbi xidmət göstərilib”.

Aqşin Əlili bildirir ki, bu il boğulma halları ən çox Mərdəkan, Bilgəh və Qızılqum çimərliklərində qeydə alınıb:

“Yaxşı olardı ki, nəzarətsiz çimərliklərdən istifadə edilməsin. Hansı ərazilərdə ki xilasedicilər və xilasetmə texnikası var, vətəndaşlar həmin ərazilərdə çimsinlər. Üzmə sərhədlərini müəyyən edən nişanlar olmadığı təqdirdə insanların suya girməməsi məsləhət görülür”.

Xəbər 1224 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +