ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı


26.01.2022  17:44 

“Müəllimin cəzalandırılması yanlışdır” - Nazir üzr istəsin...





A+  A-

Bakıda 165 saylı məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışına görə araşdırılma aparılıb və dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

XəzərNews.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa şəxsi “Facebook” hesabında mövzu ilə bağlı paylaşım edib:

“Bu nə cəsarətsizlik, bu nə qorxaqlıqdır? Müəllimi belə aşağılamağa, töhmətləməyə kim haqq verib sizlərə? Sosial şəbəkədə yüz şeylər paylaşıla bilər, şagird tərbiyəli davranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil ki? Ayağını qaldırıb, partanın üzərinə qoyub, video çəkdirən şagirdi müəllim bilmirsiz niyə görməyib?

Çünki müəllim normal dərs keçmək əvəzinə hər gün gündəlik səhifələrlə dolu formal sənədləri doldurmalı olur. İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib. Nə dərsə hazırlaşmağa vaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə”.


Deputat qeyd edib ki, məsələyə görə, müəllimin hüquqlarını qorumağa hazırdır:

“Müəllim uşağa söz deyən kimi dərhal tökülüb gəlirlər ki, uşağın üstünə çığırmısan. Hələ sertifikasiyaya hazırlaşmağı demirəm. Ümumiyyətlə, 45-50 yaşdan yuxarı bütün müəllimlərə aid sertifikat tələbini ləğv etmək lazımdır. Onların 15-20 illik təcrübəsi onsuz da şagirdə bilik verməyə kifayət edər.

Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görə hələ bir töhmət də verirlər. Mən müəllimi tanımıram. Lakin məhz bu məsələyə görə, onun hüquqlarını qorumağa hazıram”.


F.Mustafanın sözlərinə görə, vurulan mənəvi zərbəyə görə birbaşa təhsil naziri şəxsən özü həmin müəllimdən üzr istəməli və töhməti dərhal ləğv olunmalıdır:

“Müəllimi belə məsələlərə görə, günahkar çıxarmanın tam əleyhinəyəm. Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək vermək lazımdır. Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaq olmaz. Əlbəttə, pis niyyətli, qaba xarakterli, savadsız müəllimlər də ola bilər. Bu konkret faktlar və davranışlar üzrə dəyərləndirilməlidir. Ancaq həmin videogörüntüdəki şagirdlərin hərəkətinə görə müəllimin cəzalandırılması tamamilə yanlışdır”.

Xəbər 1377 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +