Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb


28.04.2017  10:28 

Telman İsmayılov 8 nəfərin qətlində ittiham olundu





A+  A-

Azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılov 8 nəfərin sifarişli qətlində ittiham olunan mütəşəkkil cinayətkar qruplaşmanın işi üzrə istintaqda fiqurantdır.
XəzərNews.az virtualaz.org-a istinadən xəbər verir ki, "Rosbalt" bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb. Telman İsmayılova qarşı qruplaşmanın üzvlərindən biri ifadə verib.

Mənbənin bildirdiyinə görə, mütəşəkkil qruplaşmanın üzvü Harri Belotserkovski istintaqla sövdələşməyə gedərək oliqarxın sifarişli qətllərdə əli olduğunu açıb. Həmin şəxs İsmayılovlar ailəsinə bağlıdır. Belotserkovski istintaqa ifadəsində deyib ki, ona 2010-2016-cı illər ərzində Telman İsmayılov və qardaşlarının sifarişi ilə törədilən səkkiz sifarişli qətl barədə məlumdur. Qurbanlar isə İsmayılovlarla əlaqələri olan biznesmenlər və "koptevsk" cinayətkar qruplaşmasının üzvləridir.

Bütün bu qətlər Moskvanın şimal inzibati dairəsində bir sıra ticarət obyektləri uğrunda gedən kriminal müharibənin nəticəsidir. Belotserkovskinin ifadəsinə görə o, 2000-ci ildə "Praqa" restoranında Rafiq və Telman İsmayılov qardaşlarının söhbətinə şahid olub. Həmin söhbətdə Andrey Lobanov adlı kriminal avtoritetin aradan götürülməsindən danışılırdı. Daha sonra Lobanov güllələndi.

Hazırda Rafiq İsmayılov başqa qətl ittihamları ilə həbsdədir. Yaxın vaxtlarda ona yeni epizodlar üzrə ittiham irəli sürülməlidir. Telman İsmayılovun uzun müddət DİN-də işləmiş digər qardaşı Vaqif İsmayılov isə istintaqdan gizlənib, axtarışa verilib. "Telman İsmayılovla bağlı məsələ isə hazırda həll olunur. Onun axtarışa veriləcəyi istisna deyil", - mənbə bildirib.

T.İsmayılov bu yaxınlarda məhkəmə tərəfindən müflis elan edilib. Onun Türkiyədə olduğu bildirilir. Bir neçə gün əvvəl oliqarx Daşkənddə milyarder Fattoh Şodiyevin ad günündə olmuşdu.

Xəbər 2455 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı

02.09.2024  11:55 

Hadisənin erotik RƏQSİ -VİDEO


BÜTÜN XƏBƏRLƏR +