ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı


31.01.2024  10:49 

Bu dəyişiklik anonsudur: Valeh Ələsgərov vəzifəsindən gedir?





A+  A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” 2018-ci ilin sentyabrında imzaladığı Fərmana dəyişiklik edib.

Dəyişikliyə əsasən, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə yaradılmış İşçi Qrupa rəhbər təyin edilib. İndiyə qədər İşçi Qrupa Milli Məclis sədrinin keçmiş müavini Valeh Ələsgərov rəhbərlik edirdi. V. Ələsgərov İşçi Qrupda üzv kimi qalmaqdadır. İşçi Qrupun tərkibinə edilən dəyişikliklərdən sonra üzvlərin sayı 14-dən 18-ə çatdırılıb.

Xəzərnews.az Musavat.com-a istinadən xəbər verir ki, bu dəyişiklik V. Ələsgərovun tezliklə İdarə Heyətinin sədrliyindən uzaqlaşdırılacağı haqda iddialara səbəb olub. 1944-cü ildə anadan olan V.Ələsgərovun artıq 77 yaşı var. Bu isə o deməkdir ki, seçkidən sonra V. Ələsgərov da yola salınır və bu dəyişiklik onun anonsudur.

Adının çəkilməsini istəməyən ekspertin dediyinə görə, V. Ələsgərov kifayət qədər bacarıqlı mütəxəssisdir: "Lakin düşünürəm ki, artıq Valeh Ələsgərov kifayət qədər yaşlanıb və son dərəcə aktiv iştirakçılıq tələb edən Ələt azad iqtisadi zonasının rəhbərliyi onun üçün öhdəsindən gəlinməyəcək bir işə çevrilib. Azərbaycan hökuməti yeni layihələrdə çevikliyə, müasir texnologiyalara əsaslanan idarəetmə siyasəti yürütməyə çalışır. Kadr seçimlərində bu tələblər mümkün qədər nəzərə alınır. Bu baxımdan, V. Ələsgərovun gənc və aktiv iş imkanlarına malik kadrla əvəz olunması gözləniləndir. Mənə elə gəlir ki, Valeh müəllim özü də bu dəyişikliyi gözləyir”.


Xəbər 808 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +