Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


02.12.2019  11:56 

Şəmkirdəki 5 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıldı





A+  A-

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
XəzərNews.az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xatırladaq ki, hadisə dekabrın 1 də axşam saatlarında Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Tural Abdıyevin idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil, qohumu olan, 1974-cü il təvəllüdlü Vüqar Orucovun idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir ailənin beş üzvü, Şəmkir rayon sakinləri, bir yaşlı Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı dünyasını dəyişib.

Xəbər 1466 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +