Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


07.09.2018  17:23 

12 Respublikaçı konqresmen Trampa etiraz etdi





A+  A-

Respublikaçılardan 12 konqresmen prezident Donald Trampa müraciət edib.
XəzərNews.az “Fox News” kanalına istinadən xəbər verir ki, konqresmenlər prezidentdən “Rusiya işi” ilə əlaqəli sənədlərin yayımlanmasını xahiş ediblər.

Onlar Rusiyanın seçkilərə qarışdığı iddiası ilə aparılan işə əsas vermiş sənədlərin ictimaiyyətə açıqlanmasını istəyirlər.

Bu müraciətin təşəbbüskarı Nümayəndələr palatasının üzvü Li Zeldin olub. Onlar düşünürlər ki, “tamamilə gizli” adı altında olan sənədlər ictimaiyyətə açıqlanmalıdır.

Bu sənədlərə hazırki prezident Trampın seçki kompaniyası ilə Rusiya əlaqələrinin olmasına aid sənədlərlə yanaşı FTB tərəfindən 2016-cı ilin oktyabr ayında Karter Peycə izlənlə tələbi sənədləri də daxildir. Peyc 2016-cı il seçkilərində Trampın seçki qərargahının məsləhətçisi olub.

FTB-nin iddiasına görə Peyc şəxsən rus zabitləri vasitəsilə Rusiya ilə əlaqələrə girərək işbirliyinə başlayıb.

Lakin FTB-nin bu iddiasına Britaniya kəşfiyyatının keçmiş əməkdaşının əsassız dosyesinin səbəb olduğu məlum olub.

“FTB dosyeni kimin tərtib etdiyini və buna görə kimin ödəniş etdiyini yaxşı bilirdi. Lakin onlar ABŞ vətəndaşı və Trampın seçki kompaniyası barədə izlənmə qərarı üçün məhkəməyə müraciət edərkən bu barədə heç bir məlumat verməyiblər” – müraciət edən konqresmenlərdən Cim Cordana bildirib.

Qeyd edək ki, Tramp dəfələrlə FTB və Ədliyyə Nazirliyini əsassız fəaliyyətlərdə ittiham edib.

Xəbər 1502 dəfə oxunub.




08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +