Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


06.06.2017  09:48 

Saxta kredit kartı hazırlamaya görə cərimələr artırılıb





A+  A-

Azərbaycanda saxta kredit kartı və ya ödəniş sənədlərini hazırlamaya görə cərimələr artırılıb.
Bu, Cinayət Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb. Bu dəyişikliklərə əsasən, qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satmaya görə 2000 manatdan 4000 manatadək (hazırda 500 manatdan 1000 manatadək) miqdarda cərimə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satmaya görə olan cərimələrin məbləği isə 2000 manatdan 3000 manatadək (hazırda 1000 manatdan 2000 manatadək) miqdarda müəyyənləşəcək.
Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında təsdiq edilib.

(trend.az)

Xəbər 1450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +