Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq


14.09.2017  12:54 

Çin lideri Si Cinpin Azərbaycana gələcək





A+  A-

Azərbaycanın Çinə yeni təyin olunan səfiri Əkrəm Zeynallı etimadnamələrini bu ölkənin sədri Si Cinpinə təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyindən XəzərNews.az-a bildirilib ki, etimadnamələrin təqdim edilməsi mərasimi çərçivəsində səfirin Si Cinpinlə apardığı söhbət zamanı Ə.Zeynallı Azərbaycan Prezidenti İlham Əliyevin ən səmimi salamlarını və xoş arzularını Çinin dövlət başçısına çatdırıb.
Ölkəsinin Çinlə münasibətlərinə xüsusi əhəmiyyət verdiyini və ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməkdə maraqlı olduğunu bildirən səfir, Prezident İlham Əliyevin Si Cinpini ölkəmizə rəsmi səfərə dəvət etdiyini xatırladıb və səfərin yaxın gələcəkdə həyata keçiriləcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb.
Azərbaycan hökumətinin Çin Xalq Respublikasının sədri Si Cinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədiyinə diqqəti yönəldən diplomat, rəsmi Bakının bu təşəbbüsün uğurla həyata keçirilməsinə xüsusi töhfə verməyə hazır olduğunu bildirib.
İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd edən səfir Ə.Zeynallı, Çin şirkətlərini Azərbaycanla daha sıx işləməyə dəvət edib.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan Ə.Zeynallı, münaqişənin həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkürünü bildirib.
Səfiri yeni təyinatı münasibətilə təbrik edən Si Cinpin, Azərbaycan Prezidentinin səmimi salamlarına və xoş arzularına görə təşəkkür edib, onun da salamlarını və xoş arzularını Azərbaycanın dövlət başçısına çatdırmasını səfirdən xahiş edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabr ayında Çinə dövlət səfərini məmnuniyyətlə xatırladan Si Cinpin, həmin səfər çərçivəsində Azərbaycanın dövlət başçısı ilə birlikdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra vacib qərarlar qəbul etdiklərini bildirib və bu qərarların həyata keçirilməsi üçün Prezident İlham Əliyevlə daha sıx işləməyə əzimli olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin rəsmi səfərlə bağlı dəvətinə görə təşəkkürünü bildirən Si Cinpin, Azərbaycana səfər etməkdən məmnun olacağını qeyd edib və hər iki tərəf üçün məqbul tarixlərin diplomatik kanallar vasitəsilə razılaşdırılması təklifini irəli sürüb.
Söhbət zamanı Si Cinpin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədikləri üçün şəxsən Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Xəbər 1782 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında


BÜTÜN XƏBƏRLƏR +