ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı


31.05.2017  09:48 

KİVDF baş redaktorları Naxçıvana apardı - SİYAHI





A+  A-

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə bir qrup KİV rəhbəri mayın 31-də Naxçıvan Muxtar Respublikasına səfər edib.
XəzərNews.az-ın məlumatına görə, 3 gün davam edəcək səfərdə 20 nəfərlik nümayəndə heyəti Naxçıvanda yerli KİV-lərin iş şəraiti ilə tanış olacaq, "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfransda iştirak edəcəklər.

Naxçıvana səfər edən nümayəndə heyətinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Məmmədov, “Ədalət qəzetinin” təsisçisi, deputat Aqil Abbas, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Trend” İA-nın baş direktoru İlqar Hüseynov, “İnterfaks-Azərbaycan” İA-nın direktoru Aleksandr İvanov, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid, “Olaylar” İA-nın baş redaktoru Yunus Oğuz, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova, KİVDF-nin informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev, “Movqe.az” saytının müxbiri Zülfiyyə Quluyeva daxildir.

Xəbər 1341 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +