Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı


29.01.2024  09:45 

Mingəçevirdə bu yerin nə adı, nə yolu, nə də işığı var... - Fotolar





A+  A-

Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsi adlanan yaşayış yerinin yolları bərbad vəziyyətdədir.

Bu barədə Xəzərnews.az-a qəsəbə sakini, şəhid atası Qurban Tağızadə məlumat verib.

Q.Tağızadə bildirib ki, neçə müddətdir müraciət etmədikləri dövlət qurumu qalmayıb:

“Buna baxmayaraq yollarımız bərpa olunmur, hətta o dərəcədə bərbad vəziyyətdədir ki, şəhid oğlumun məzarını belə çətinliklə ziyarət edirik. Qış aylarında, yağışlı-qarlı havalarda qəsəbədə yaşayan ailələr çətinlik çəkir. Təkcə yollarımız deyil, elektrik naqilləri də bərbad vəziyyətdədir. Mingəçevir şəhər İH-nə bu məsələ ilə bağlı dəfələrlə ərizə yazmışıq, şikayət etmişik, amma bu günə kimi ortada heç nə yoxdur, problemləri həll edən tapılmır”.

Yaşayış yerinin illərdir adsız olduğunu bildirən Q.Tağızadə sənədləşmə və qeydiyyat məsələlərdində də çətinlik çəkdiklərini vurğulayıb:

“İstərdik ki, qəsəbəmizə şəhidimizin adı verilsin, bu təklifi qəsəbə sakinləri də dəstəkləyir”.

Qeyd edək ki, Tağızadə Cahangir Qurban oğlu antiterror əməliyyatı zamanı şəhid olub.









İsmayıl Niftiyev
Xəzərnews.az


Xəbər 1389 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı

12.08.2024  16:05 

Putin müşavirə keçirir

11.08.2024  19:36 

Ucarda yanğın baş verib

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +