17.02.2017 13:52
“Əvvəllər məmur jurnalistlərdən yazır, jurnalistlər də məmurların qəbuluna düşə bilmirdilər. Lakin hazırda bu mif aradan qalxıb”.
XəzərNews.az xəbər verir ki, bunu KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Məclisdə KİV nümayəndələri ilə keçirilən görüşdə çıxışı zamanı deyib.
Elektron medianın maliyyələşməsi ilə bağlı KİV rəhbərlərinin suallarını cavabandıran V.Səfərli bildirib ki, KİVDF yarandığı gündən yalnız çap mediasına dəstək göstərir və hazırda 33 qəzet fonddan maliyyə dəstəyi alır.
“Bilirsiniz ki, dövlət büdcəsindən ayrılmalar Milli Məclisdə müzakirə olunur. Ötən il və bu il bir çox qurumların büdcə vəsaitləri azaldılıb. Lakin KİVDF-yə ayrılan vəsait azalmayıb. Hətta ötən il mətbuat günündə gündəlik qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə əlavə 1 milyon da ayrıldı. Elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Bu gün elektron mətbuatın maliyyələşməsi gündəmdədir. Bu məsələ yaxın günlərdə öz həllini tapacaq”.
İcraçı direktor elektron mediaya ayrılacaq vəsaitin bütün portallara şamil edilməyəcəyini qeyd edib.
“Elektron mediaya maliyyə ayrıldıqda hesab etmirəm ki, bütün portalar bundan yararlana biləcəklər. Çünki, bu gün xəbər portallarının əksəriyyəti bir-birindən köçürərək fəaliyyət göstərir. Belə olan halda, onlara nə ehtiyac var? Lakin elə saytlarımız da var ki, onlar bir neçə dildə fəaliyyət göstərir, digərləri həqiqətlərimizin dünyaya çatdırılmasında xidmətlərə malikdir. Təbii ki, ilk növbədə belə saytlar maliyyələşəcək. Hər gün saysız-hesabsız portallar yaranır. Elə adam var ki, onun 10-12 saytı var. Bu o demək deyil ki, dövlət onların hamısına dəstək göstərəcək. İlk növbədə xarici dillərdə yayımlanan saytlara dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək”.
|
19.10.2024 17:23
19.10.2024 17:19
19.10.2024 16:55
18.10.2024 22:27
18.10.2024 17:36
İki dövlət bəzi məsələlərdə bir dövlət kimi çıxış edir- Hakan Fidan
18.10.2024 17:13
Türkiyədəki Azərbaycan məktəbində 8 yaşlı qıza təcavüz olundu
18.10.2024 17:05
18.10.2024 16:33
18.10.2024 16:27
Evləri ola-ola evsiz qalan sakinlər...-Dövlət qurumu nə tələb edir?
18.10.2024 16:21
18.10.2024 16:18
Britaniyanın Azərbaycandakı səfiri ölkəmizi Müstəqilliyin bərpası günü münasibətilə təbrik edib
18.10.2024 13:23
“Alpamış Batır” dastanı” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib -Fotolar
18.10.2024 12:45
ABŞ səfirliyi Azərbaycanı müstəqilliyinin bərpasının ildönümü münasibətilə təbrik edib
17.10.2024 19:51
17.10.2024 18:00
17.10.2024 17:51
17.10.2024 17:00
17.10.2024 16:45
Qaradərili övladını atıb Azərbaycana qaçan kişi TAPILDI - VİDEO
17.10.2024 16:37
Doğum sancısı tutan müəllim dayanacaqda uşaq dünyaya gətirib -Foto
17.10.2024 13:00
17.10.2024 12:52
17.10.2024 12:47
17.10.2024 12:22
16.10.2024 18:54
16.10.2024 17:02
16.10.2024 12:08
15.10.2024 19:12
15.10.2024 18:10
15.10.2024 12:39
14.10.2024 19:53
Antalyada yay mehinin son günlərinin dadını çıxarın -Fotolar