13.10.2020 17:42
Daha 4 məktəb distant təhsilə keçirildi
13 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVID-19-la bağlı məlumat açıqlanıb.
XəzərNews.az xəbər verir ki, daha 2 sinif və 4 məktəb distant təhsilə keçirilib. Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 52, məktəblərin sayı isə 24-dür.
Bundan əlavə, 5 sinif əyani təhsilə qaytarılıb.
Xəbər 1755 dəfə oxunub.