Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD


10.08.2021  14:17 

Cüdo millimizə yeni baş məşqçi təyin olundu





A+  A-

Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.
Federasiyadan XəzərNews.az-a verilən məlumata görə, iclasda cüdo üzrə kişilərdən ibarət milli komandaya yeni təyinatlar olub. Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev yığmanın baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olunub.

Bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə məşq etməsi qərara alınıb. Yeni təyin olunan məşqçilər heyəti isə hər iki komandaya nəzarəti həyata keçirəcək.

Sadıqov federasiya tərəfindən millinin Riodan Tokioyadək dövrü əhatə edən müddət ərzində respublika və beynəlxalq səviyyəli təlim-məşq toplanışlarında iştirakının yüksək səviyyədə təmin olunduğunu qeyd edib. O, cüdoçuların bu dönəmdə keçirilən Avropa və dünya çempionatlarında, eləcə də “Böyük dəbilqə” və Qran-pri turnirlərində mübarizə apardıqlarını diqqətə çatdırıb. Vitse-prezident yeni məşqçilər heyətində yer alan mütəxəssislərin həm idmançı, həm də məşqçi kimi təcrübəyə malik olduqlarını vurğulayıb və bunun komandanın uğurlar qazanmasında önəmli rol oynayacağına inandığını bildirib. Qurum rəsmisi çıxışının sonunda yeni təyinat alan məşqçilər heyətini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Sonda yığmanın yeni baş məşqçisi Mövlud Mirəliyev onlara göstərilən etimada görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib və milli komandanın böyük uğurlara imza atacağına ümidvar olduğunu söyləyib. İclasda Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu da iştirak edib.

Qeyd edək ki, avqustun 2-də Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millinin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan göndərilib.

Xəbər 1887 dəfə oxunub.




29.06.2024  13:23 

“Ölü leyləklər”- (hekayə)

29.06.2024  13:04 

Sabahın havası AÇIQLANDI

29.06.2024  10:40 

Xatun gözəllikdən yazdı

28.06.2024  18:16 

Nəsrin Cavadzadə Bakıda -Fotolar

27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib


BÜTÜN XƏBƏRLƏR +