Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


01.11.2017  09:16 

Azərbaycanda bu iki vəzifə ləğv edilə bilər





A+  A-

Azərbaycanın Dövlət müşaviri və Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsi ləğv edilə bilər.
XəzərNews.az-ın “Trend”ə istinadən məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik olunub.

Hazırki təsnifatda Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin vəzifəsi, Azərbaycan Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Milli Məclisin Aparat rəhbərinin vəzifəsi, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Ali Məhkəmənin Aparat rəhbərinin vəzifəsi əksini tapıb.

Dəyişikliklə isə təsnifatdan Azərbaycanın Dövlət müşavirləri vəzifəsi çıxarılır. Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsi də çıxarılır.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.



Xəbər 1393 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında


BÜTÜN XƏBƏRLƏR +