Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


20.05.2020  17:05 

Koronavirusu bir saniyədə tapan lazer icad olundu





A+  A-

Birləşmiş Ərəb Əmirliyində yerləşən “IHC” şirkətinin “QuantLase Imaging Lab” laboratoriyasının mütəxəssisləri koronavirusa yoluxmanı bir saniyə içində müəyyən edən lazer icad edib.
XəzərNews.az xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə açıqlama verilib. “Lazerin şüaları yoluxmuş qan hüceyrələrindəki virusu dərhal tanıya bilir. Avadanlıq bir neçə saniyədə əldə edilən nəticələrinə görə kütləvi və sürətli analiz qabiliyyətinə malikdir” ,- layihə üzərində işləyən tədqiqat qrupunun rəhbəri Pramod Kumar qeyd edib.

O bildirib ki, optik faza modulyasiyasına əsaslanan lazer texnologiyası xəstələr üçün əlverişli, qeyri-invaziv və ucuzdur. Cihazın yalnız xəstəxanalarda deyil, həmçinin kinoteatrlar və ticarət mərkəzləri kimi ictimai yerlərdə də istifadə oluna biləcəyi bildirilib. Kumar yeni avadanlığın koronavirus pandemiyasına qarşı mübarizədə vəziyyəti dəyişdirəcəyinə inandığını bildirib.

Laboratoriya yeni test sistemlərini bir neçə ay ərzində bazara çıxaracağını açıqlayıb.

Xəbər 1175 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +