Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


17.07.2017  10:46 

Müalicə, yoxsa xəstəlik mənbəyi - VİDEO





A+  A-

Bəzi vətəndaşlar müalicəvi əhəmiyyəti olan göllərə üz tuturlar. Belə məkanlardan biri də Hövsanda yerləşən duzlu göldür. Baxmayaraq ki, aidiyyəti qurumlar 10 ildən çoxdur ki, orada çimməyi qadağan ediblər.
XəzərNews.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, söhbət paytaxtdakı duzlu göldən gedir. O duzlu göldən ki, bura gələnlər arasında hər yaşda olan insanları görmək mümkündür.
Gölün ətrafında kömür və pas rəngli insanları görəndə isə bizi bir sual maraqlandırdı: görəsən insanların şəfa tapmaq məqsədilə üz tutduğu bu gölün həqiqətənmi müalicəvi əhəmiyyəti var, yoxsa bu sadəcə illərdir bura gələnlərin inancına hopub?
Duzlu gölün müalicəvi hesab edilən vannalarının hər birini qəbul etmək üçün ziyarətçilər 50 qəpik ödəyirlər. Əraziyə daxil olmaq üçün giriş pulu və duzlu göldən istifadədən sonra qəbul edilən duşu da nəzərə alsaq, bir nəfər burda ən azı 2 manat xərcləyir. Maraqlısı isə odur ki, bura bəziləri sanatoriya kimi baxır. Elə 23 ilə yaxındır burda çalışan Sərxan dayı da deyir ki, hər halda faydası olmasa, duzlu gölə gələnlərin sayı hər il artmaz.
Gigiyena və Epdemiologiya Mərkəzindən verilən məlumata görə, duzlu gölün 2006-cı ildən müalicə məqsədilə istifadəsi qadağan olunub. Səbəb isə göldə antisanitariya hallarının aşkarlanmasıdır. Qadağanın bu il də qüvvədə saxlanıldığı bildirilib.



Xəbər 1530 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +