Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


05.09.2022  10:30 

Zakir Qaralov kəskin qaraciyər serrozundan əziyyət çəkir?





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun ölkədən çıxışına icazə verilməyib. Dünən bəlli olub ki, keçmiş prokurorun Azərbaycanı tərk etməsinə qadağa qoyulub. Belə ki, səhhətiylə bağlı Almaniyaya getmək istəyən Z.Qaralov hava limanından geri qaytarılıb.

XəzərNews.az xəbər verir ki, Yenisabah.az məsələnin təfərrüatını dəqiqləşdirməyə müvəffəq olub. Qohumlarından biri saytımıza deyib ki, Z.Qaralov kəskin qaraciyər serrozundan əziyyət çəkir. Onun təcili əməliyyat keçirməsinə ehtiyac var. Həkimlərin qənaətinə görə, sözügedən əməliyyatin yaxın vaxtlarda gerçəkləşməyəcəyi təqdirdə, xəstəliyin müalicəsi mümkünsüz olacaq.

Mənbə deyib ki, sabiq baş prokuror iki dəfə Mərkəzi Gömrük Hospitalında həkim müayinəsindən keçib. Onu dünya şöhrətli cərrah, transplantoloq Mircəlal Kazımi müayinə edib. Hətta xəstəyə əməliyyatın burda da gerşəkləşməsinin mümkün olduğu söylənilib.

Qohumunun sözlərinə görə, Almaniyaya getməyi Z.Qaralov özü istəyib. O, həm səhhətini qarantiyaya almaq, həm də "Tərtər işi" fonunda yaranmış burulğandan uzaqlaşmaq üçün ölkəni tərk etməyə çalışır.

Yaxın qohumu onu da deyib ki, Z. Qaralov Almaniyaya getmək fikrindən daşınmayıb. O, bu arzusunu reallaşdırmaq üçün yüksək vəzifəli şəxslərə minnətçi düşüb və onların köməyilə Almaniyada müalicə olunacağına ümid edir.

Xəbər 1318 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +