10.02.2017 14:38
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərəblərin Azərbaycanda ov etməsi, onların heyvanları kütləvi şəkildə ovlaması ilə bağlı yayılan görüntülər haqda açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən XəzərNews.az-a daxil olan xəbərdə bildirilir ki, əcnəbi ovçu turistlərin ölkə ərazisində ov edərkən Azərbaycan əhalisinin gözləntilərinə uyğun olmayan qeyri-etik davranışları ilə dəyərlərimizə hörmətsizlik nümayiş etdirmələri və qanunları pozmaları barədə KİV və sosial şəbəkələrdə yayılan məlumatlar, görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarında təhlil edilib.
Yayılan şəkillərin və görüntülərin təhlili onu ehtimal etməyə əsas verib ki, çəkilişlərin bir qismi digər ölkələrdə lentə alınıb. Eyni zamanda, yayılan çəkilişlərdə Azərbaycan ərazilərindən də olan görüntülər əks olunub.
Qeyd edək ki, payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən Azərbaycan şirkətlərinə, müraciət əsasında qanunvericilik çərçivəsində kvota ayrılır. Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə mahiyyət etibarilə ovçuluq fəaliyyətinin məhdudlaşdırılmasının tərəfdarıdır, lakin Azərbaycan qanunlarından irəli gələrək istər yerli, istərsə də xarici ovçular öz hüquqlarından istifadə etməkdə israrlıdır. Həmçinin beynəlxalq öhdəliklərdən, ölkəmizin qoşulduğu Konvensiyalardan irəli gələrək, o cümlədən Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli Qərarı ilə əcnəbilərə və vətəndaşlığı olmayanlara ov icazəsi verilməsi təsbit olunub.
Təhlillər göstərir ki, görüntülərdə əks olunan heyvan və quşların içərisində Azərbaycanın “Qırmızı Kitab”ına düşən növlər yoxdur. Mövcud normativlərə əsasən yerli ovçulara 1 ov günü müddətinə 6-dək, xarici vətəndaşlara 5 ov günü müddətinə 10-dək su-bataqlıq quşunun, dovşanın isə yerli ovçulara 1 baş, xarici ovçulara 2 baş ovuna icazə verilir. Xarici turist ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayır. Yəni ilkin təhlillərə görə, inzibati ölçü götürülməsi üçün ciddi araşdırma aparılması tələb olunur.
Eyni zamanda, yayılan görüntülərlə əlaqədar xaricilərin ovunu təşkil edən şirkətlərin də fəaliyyəti ETSN tərəfindən təhlil olunur. Artıq turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsınlar, onları ölkə ərazisində təvazökar, dürüst olmağa, özlərini Azərbaycan əhalisinin gözləntilərinə uyğun aparmağa sövq etsinlər. Ovçuluq etikasına uyğun gəlməyən, davranışları ilə mənəvi-mədəni dəyərlərimizə açıq hörmətsizlik nümayiş etdirən, ölkə qanunlarını pozan ovçu-turistlərin gətirilməsi faktları aşkar olunduğu təqdirdə həmin şirkətlərlə əməkdaşlıq dayandırılacaq.
Qeyd edək ki, təkcə bu ov mövsümündə ərəb ölkələrindən gələn 16 ovçu-turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında onların ölkədən xaric edilməsi təmin olunub.
|
06.09.2024 19:16
06.09.2024 16:35
06.09.2024 14:15
06.09.2024 14:06
06.09.2024 13:58
Prezident “Ansaldo Energia” şirkətinin icraçı direktoru ilə görüşüb
06.09.2024 12:49
06.09.2024 11:52
06.09.2024 09:58
05.09.2024 16:27
05.09.2024 16:20
05.09.2024 15:38
05.09.2024 12:58
05.09.2024 12:51
05.09.2024 12:01
04.09.2024 14:59
7 ay ərzində Pamukkaleni 1 milyon 700 min turist ziyarət edib
04.09.2024 14:48
20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar
04.09.2024 13:02
“Aztelecom”dan şikayət – “Qiyməti qaldırıb, sürət isə bərbad”
04.09.2024 11:58
03.09.2024 18:46
03.09.2024 18:40
03.09.2024 18:30
Ukrayna müharibəsində yeni MƏRHƏLƏ: Putin nüvə silahına əl atacaq?
03.09.2024 15:56
03.09.2024 15:16
03.09.2024 13:07
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
03.09.2024 13:03
03.09.2024 11:54
Erməni qızın Azərbaycan dilində danışması maraq doğurub -Video
03.09.2024 10:02
02.09.2024 18:10
02.09.2024 14:59
02.09.2024 12:32
Surqutda azərbaycanlının qətlini Lotu Qulinin qardaşının adamları törədibmiş -HADİSƏNİN DETALLAR
02.09.2024 11:55
02.09.2024 11:07