Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


25.10.2023  18:38 

50-yə yaxın metro tikintisi nəzərdə tutulub... -Bəxtiyar Məmmədov





A+  A-

Bir neçə gündür KİV və sosial mediada yayılan xəbərlərə görə, Bakı şəhərinin Baş Planı yekunlaşıb. Qeyd edilir ki, planda Bakıya 50 km-ə qədər tramvay xəttinin çəkilməsi, metrostansiyalarının sayının 47-yə çatdırılması nəzərdə tutulur.

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusunu cavablayan "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Bakı Metropoliteni” konseptual inkişaf sxeminə uyğun olaraq metropolitenin 5 xətdən, (hazırda 3 xətt var) və 76 stansiyadan (hazırda 27 stansiya var) ibarət olması nəzərdə tutulub

"49-50-yə yaxın stansiyanın tikintisi nəzərdə tutulub. Bu stansiyaların hamısı dərhal inşa olunmalı deyil. Məsələdə Bakı şəhərinin Baş Planını önə çəkirik. Çünki şəhərin əsas inkişaf istiqamətləri nəzərə alınmadan metropolitenin inkişafını nəzərdə tutmaq olmazdı.

Bakı Şəhər Baş Planında ilk vəzifə olan yaşıl və qırmızı xətlərin ayrılması diqqət mərkəzindədir. Dairəvi xəttin yaradılması və inşası gedən bənövşəyi xəttin inkişaf etdirilməsi nəqliyyatın daha rahat idarə olunması baxımından əhəmiyyət kəsb edir”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur.

Xəbər 934 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +