Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


01.10.2018  12:23 

Oqtay Əsədov: “Milli Məclis əlindən gələni edəcək”





A+  A-

“Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağl tənətənəli iclas keçirildi və həmin tədbirədə dövlət başçısı İlham Əliyev mühüm nitq söylədi. Azərbaycan Prezidenti Milli Məclisin fəaliyyəti, eləcə də dövlət siyasəti ilə bağlı mühüm fikirlər söyləyib. Bu fikirlər bizim üçün mühüm əhəmiyyət kəsb edir”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin plenar iclasında çıxışı zamanı deyib. O. Əsədov qeyd edib ki, Milli Məclis Azərbaycan dövlətinin uzaqgörən siyasətini dəstəkləmək naminə əlindən gələni edəcək:

“Bildiyiniz kimi 100 illik yubileylə bağlı tədbirdə 300-ə yaxın beynəlxalq nümayəndə iştirak etdi. Hesab edirəm ki, biz Azərbaycan parlamentinin 100 illik yubileyini yüksək səviyyədə qeyd etmiş olduq”.

Parlamentin yaz sessiyasını uğurla başa vurduğunu deyən spiker qeyd edib ki, ötən sessiya dövründə 16 iclas, 261 qanun qərar qəbul edilib:

“Milli Məclisin ötən sessiya dövründə beynəlxalq əlaqələri inkişaf edib, millət vəkilləri 38 ölkəyə 90 dan çox səfər edib. Milli Məclisin xətti ilə 5 beynəlxalq təşkilatın Azərbaycanda iclası keçirilib. Mən əminəm ki, Milli Məclis payız sessiyasında da işini uğurla həyata keçirəcək”.

Xəbər 1430 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +