Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq


03.04.2024  12:20 

“Dünya mediasında sözümüzü deyən ekspertlər barmaqla sayılacaq qədərdir”- Fuad Hüseynzadə





A+  A-

“İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistan üzərində həm hərbi, həm siyasi, həm də psixoloji qələbə qazandı. Bununla Azərbaycan, eyni zamanda erməni mifini yox etdi”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.tv-yə açıqlamasında “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.

Onun sözlərinə görə, Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisi anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətini planlı şəkildə davam etdirirlər:

“İstər 44 günlük müharibə dövründə, istərsə də müharibədən sonra bu fəaliyyət daha da aktivləşib. Buna cavab olaraq, xaricdəki soydaşlarımız daha mütəşəkkil şəkildə informasiya müharibəsi aparmalı, təbliğat və təşviqatlarını gücləndirməlidir. Hər şeydən öncə, informasiya müharibəsində təbliğatın ideoloji hədəfləri təyin edilməlidir. Yəni, təbliğat mexanizmi ideologiya əsasında həyata keçirilməlidir. Bütün bu fəaliyyətlər həm də çatışmazlıq və boşluqların aradan qaldırılmasına xidmət etməlidir. Məsələn, biz müşahidə edirik ki, xaricdə azərbaycanlı və azərbaycanpərəst əcnəbi ekspert azlığı var. Xüsusən, dünya mediasında sözümüzü deyən ekspertlər barmaqla sayılacaq qədərdir. Buna görə də xaricdə soydaşlarımızdan ibarət yeni nəsil jurnalist, politoloq, ekspert komandası yetişməlidir. Bu iş uzunmüddətli strategiya əsasında aparılmalıdır. Yəni, bu gün görülən iş gələcək üçün hesablanmalıdır. Bu baxımdan, xaricdə böyüyən gənclərimizin də universitetlərdə müvafiq istiqamətlər üzrə ali təhsil almasına, yaşadıqları cəmiyyətin ictimai-siyasi həyatında fəal olmasına ciddi diqqət yönəldilməlidir. Belə olduqda, onlar ali məktəbi bitirdikdən sonra potensial jurnalist, politoloq olacaqlar. Gənclərimiz, eyni zamanda beyin mərkəzləri ilə işləməli və ya özləri belə bir mərkəz yaradıb həmrəy şəkildə fəaliyyət göstərə bilərlər. Bunun üçün xaricdə yaşadıqları cəmiyyətə inteqrasiya olunan, amma assimiliyasiya olmayan gənclər ordusu yaradılmalıdır. Onlar Azərbaycanın xaricdə siması olaraq yaşadıqları ölkələrin media ulduzlarına çevirilməlidirlər”.

F. Hüseynzadə vurğulayıb ki, artıq ikinci nəsil diaspor üzvləri yetişir:

“Bu gənclərin əksəriyyətinin valideynləri fəal diaspor üzvlərdir. Yəni, onlar diaspor ailəsində böyüyüblər. Belə gənclərin bir növ diaspor təcrübəsi var və onların intellektual potensialından daha çox yararlanmaq olar. Ümumiyyətlə, diaspor gənclərini mahiyyət etibarilə düzgün qruplaşdırıb informasiya müharibəsində səmərəli fəaliyyətlər göstərmək olar. Beləcə, onların fəaliyyət dairəsini də genişləndirmək mümkündür. Çünki xaricdəki gənclər hələ ki, yenilikçi ideyalarını lazımi səviyyədə tətbiq edə bilmir. Bu gənclər bütün sahələri əhatə edən çoxşaxəli təşəbbüslərlə çıxış etməlidirlər. Onların Azərbaycanın milli maraqlarını xaricdə müdafiə etməsi üçün virtual platformalarda səmərəli fəaliyyətinin şahidi ola bilərik. Bu baxımdan informasiya müharibəsi üçün belə gənclərdən ibarət “Mobil qruplar” hazırlamaq olar. Bir neçə region üzrə yaradılan “Mobil qruplar”ı bir mərkəzdən koordinasiya etmək mümkündür. Belə gənclərdən ibarət qruplar yaradılıb, daimi hazır vəziyyətdə saxlanılmalıdır. Bu gənclər bir növ informasiya müharibəsinin xüsusi təyinatlıları olaraq hazırlanmalıdır”.

Həsən Hüseynov
Diaspora.tv



Xəbər 1233 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında


BÜTÜN XƏBƏRLƏR +