Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


21.11.2017  10:15 

Azərbaycandakı bu sürüşmə zonaları aktivləşib





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son günlər ərzində aktivləşən sürüşmə sahələrinin adlarını açıqlayıb.
XəzərNews.az-ın xəbərinə görə, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə deyib ki, hazırda Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki "Duz gölü"nün ətrafında, "Zəli gölü" adlanan ərazidə sürüşmə sahələri aktivləşib.

R.Həsənov qeyd edib ki, adları sadalanan ərazilərin hər birində sürüşmə sahələrindəki çatlarda genişlənmələr var. Hazırda həmin ərazilərdə atmosfer yağıntıları və texnogen amillərin təsiirndən sürüşmə prosesi aktiv fazadadır.

Nazirlik rəsmisinin sözlərinə görə, Zığ sürüşmə sahəsindəki aktivləşmə isə heç də Zığ qəsəbəsində 43 saylı binanın qarşısında aparılan qazıntı işləri ilə əlaqəli deyil:

"Binanın zirzəmisi qrunt suları ilə dolub. Bu, binanın çökməsinə səbəb ola bilər. Subasma həm də binada müxtəlif deformasiyalar əmələ gətirir. Bu proses sürüşmə prosesini müəyyən qədər aktivləşdirə bilir. Lakin ərazidə aparılan qazıntı işləri ümumi sürüşmə sahəsinə təsir göstərmir".

R.Həsənov bildirib ki, ərazidəki aktivləşmə atmosfer yağıntıları və texnogen amillərin təsirindən baş verir.

Nazirlik rəsmisinin sözlərinə görə, təbii və texnogen amillər nəticəsində Masazır qəsəbəsindəki "Duz gölü" ətrafında, "Zəli gölü" adlanan ərazidə və Abşeron rayonundakı "Nübar" qəsəbəsində sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir.

R.Həsənov əlavə edib ki, Abşeron rayonunun Hökməli qəsəbəsindəki "Bozdağ Hökməli" palçıq vulkanının ətrafındakı ərazi də ("Nübar" qəsəbəsi" ) sürüşməyə meyilli ərazidir:

"Orada həm sürüşmə, həm çökmə baş verir. Ərazinin geologi quruluşunu təşkil edən süxurların etologiyasında vulkan mənşəli çöküntülər iştirak edir. Vulkan mənşəli çöküntülərin süxurları isə texnogen suların təsirindən və azacıq atmosfer yağıntıları nəticəsində nəmlənir və onun strukturu tez pozulur. Nəticədə çökmə və ya sürüşmə prosesi baş verir".

Xəbər 1425 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında


BÜTÜN XƏBƏRLƏR +