Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…


23.01.2024  14:19 

“Medera” Hospitaldan şikayət... - “Peyvəndə 410 manat ödədik, amma iynə vurulmadı”





A+  A-

Sosial şəbəkələrdə qızılca peyvəndi vurdurmaq üçün özəl klinikaya üz tutan və narazı qalan valideynin şikayəti haqda video yayılıb. Bloqer Saleh Nəsirovun paylaşdığı videoda həkim Nərmin Məmmədovanın peyvəndi uşağın qol əzələsinə deyil, kənara - “kuşetka”ya vuraraq boşaltdığı iddia edilir.

Xəzərnews.az xəbər verir ki, “Qafqazinfo” sözügedən şikayətçi valideyn Turhan Əlizadəni taparaq özü ilə əlaqə saxlayıb.

İki övladına qızılcaya qarşı peyvənd vurdurmaq istədiyini deyən T.Əlizadə ödəniş etdiyi halda peyvəndlərin vurulmadığını bildirib: “Ölkəmizdə qızılca xəstəliyinin bu dərəcədə pis yayıldığı dövrdə bu pediatr fürsətçillik edir. Deməli, mənim oğlumun 4 yaşı var və onda ciddi bir xəstəlik olduğu üçün geniş araşdırma etdim ki, ən yaxşı peyvəndi vurduraq. Bu həkim də məlumat yaymışdı ki, onda Belçika istehsalı olan “GSK” Priorix vaksini var. Buna görə, ona müraciət etdik. Dekabr ayının əvvəlində hər iki övladım üçün 155 manatdan vaksin üçün, 50 manatdan da həkim müayinəsi üçün, yəni toplam 410 manat ödəyərək uşaqlara peyvənd vurdurduq. Həmin gün qızımın qızdırması olduğu üçün ilk olaraq oğluma peyvənd vuruldu. Həmin an iynənin vurulub-vurulmadığının fərqinə varmadıq. Bir neçə gün sonra isə həyat yoldaşım qızımı apardı. Yoldaşım həkimdən icazə alaraq qızıma iynə vurulma anını kadra alıb və mənə göndərib ki “atası bax, qızın iynədən qorxmur”. Videogörüntünü daha dəqiq incələdikdə isə görürük ki, əslində iynə vurulmayıb. Nərmin xanımla telefonla əlaqə saxladığımda hər şeyi inkar edir və iynəni vurduğunu iddia edir. Lakin hadisə göz önündədir”.

Hadisənin “Medera” Hospitalda baş verdiyini bildirən valideynin sözlərinə görə, klinikanın rəhbər şəxsləri ilə görüşdükdə ona hadisədən məlumatsız olduqlarını və məsuliyyət daşımadıqlarını bildiriblər: “Daha sonra Nərmin xanımın artıq işdən uzaqlaşdırdıqlarını bildirdilər. Həkimdən “Əgər iynəni vurmuşdunuzsa, niyə sizi işdən uzaqlaşdırblar?”- deyə soruşduqda isə bildirdi ki, “Məndən klinika rəhbərliyi qızılca vaksinini təşkil etməyimi istəmişdi. Tapa bilmədiyim üçün məni işimdən uzaqlaşdırdılar”. Daha əvvəl bizə növbədə adam çoxdur deyirdi. Lakin bu söhbətdə isə bildirdi ki, peyvənd onda cəmi 8 ədəd olub. Deməli, o 8 dənədən başqa heç bir iynə vurulmayıb.

Bu videonu ictimailəşdirməkdə məqsədim digər valideynlərin də ayıq olmağıdır. Belə həkimlərin lazımi cəzasını almasını və həkimlik lisenziyasının ləğv edilməsini istəyirəm. Bu həkimin bu illuziyanı daha neçə uşağa qarşı etdiyi bəlli deyil. Videonu bu qədər gec yayımlamağımıza səbəb isə ekspertiza rəyinin gəlməsini gözləməyimiz idi. Lakin analizin cavabının heç bir əsası yoxdur. Biz mütəxəssislərlə maraqlandıq və onlar bildirdilər ki, antikor insandan insana dəyişir. Yəni iynə vurulduqdan sonra antikor yarana da bilər, yaranmaya da bilər. Düzdür, bu analizin cavabında yaranmamış kimi görünür. Lakin video olmasaydı, bunun bir əsası da olmazdı”.

İddialarla əlaqədar adıçəkilən həkimin də rəyini öyrənməyə çalışdıq. Zənglərimizə Nərmin Məmmədovanın vəkili Xeyransa Babayeva cavab verdi. Onun sözlərinə əsasən, valideyn qarşı tərəfə ekspertiza rəyini verməyib: “Valideyn o videonu həkimin icazəsi ilə çəkib. Yəni əgər həkim iynəni vurmayacaqdısa, niyə valideynə videonu çəkməyə icazə verirdi? Biz valideynə dedik ki, yalnız ekspertiza rəyi olduqdan sonra bu məsələlərlə bağlı tədbir görə bilərik. Görüntü hər şey demək deyil və onunla kimisə ittiham etmək qeyri-mümkün işdir. Bizə bildirdilər ki, bu peyvəndin nəticəsini bilmək üçün iki həftə sonra ekspertiza edilməsi lazımdır. Biz də danışdıq və təklifimiz belə oldu ki, ekspertiza rəyi gətirin, bundan sonra paylaşın, digər prosseslərə başlayın. Lakin çox təəssüf ki, bu günə kimi bizə bu sənəd təqdim olunmayıb. Bununla bağlı heç bir rəy olmadan həkimə qarşı bir tədbir görə bilmirik. Əsaslı bir iddia yoxdur. Bu videonu paylaşmaqla hazırda həkimin nüfuzunu ləkələyirlər. Nərmin xanım Avropada idi və təzə qayıdıb. Onun işdən azad olunub-olunmaması ilə bağlı hələ ki, rəsmi bir açıqlama verə bilmirik. Yalnız əlimizdə o rəy olduqdan sonra bu barədə bir söz deyə biləcəyik”.

Məsələ ilə bağlı “Medera” Hospitalla da əlaqə saxladıq. Klinikadan saytımıza bildirildi ki, xəstəxanada bu adda həkim çalışmır.



Xəbər 4017 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +