Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


25.01.2018  18:11 

Yüz azərbaycanlını Qətərə işədüzəltmə adı ilə aldatdılar





A+  A-

Vətəndaşların ölkə daxili və xaricində gedən proseslərdən məlumatsızlığı, hüquqi baxımdan savadsızlığı bir çox hallarda ağır nəticələrə gətirə bilir. Belə ki, sadəlövh və tezaldanan insanlardan pul qoparmağa çalışan kəslərin sayı az deyil. 1982-ci il təvəllüdlü Bakı sakini Zeynalov Tofiq Aydın oğlu Qətərdə işə düzəldəcəyi adı ilə yüzdən çox insanı aldadıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Yasamal rayon Polis darəsindən məlumat daxil olub.

Qeyd olunan rayonun 27 saylı polis bölməsinin əməkdaşları çoxsaylı şikayətlərin daxil olmasından sonra cinayət-axtarış tədbirləri keçirərək, Zeynalovu saxlayıb və məsuliyyətə cəlb edib.

Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da işsizliyin aktual problem olduğunu və işə düzəlmək istəyənlərin hər zaman tapıldığını yaxşı anlayan “fərasətli” Zeynalov öz qurbanları üçün yalan əhvalat uydurub, ABŞ kimi inkişaf etmiş ölkələrdə deyil, Qətərdə böyük iş perspektivləri vəd edib.

2017-ci ilin oktyabr ayından etibarən Zeynalov öz şikarlarını “tələyə” salmağa başlayıb. O, Cəfər Cabbarlı küçəsində yerləşən “Caspian Plaza” biznes mərkəzində otaq icarəyə götürüb və hamıya özünü “Munchen” şirkətinin əməkdaşı kimi təqdim edib. Maraqlıdır ki, Zeynalovun “tilovuna” 100-dən çox vətəndaş düşüb. Zərərçəkənlərin hər birinə yeni qaz layihəsi çərçivəsində Qətərdə işlə təmin olunacağını vəd edib.

Müraciət edən şəxslərin hər birindən 700 manat pul alıb və bu məbləğin Qətərdə işləmək və qalmaq məqsədilə tələb olunan sənədlərin hazırlanması üçün vacib olduğunu deyib. Ancaq “Qətərdə işdən” əsər-ətər olmayıb və onlar verdikləri pulları geri ala bilməyiblər.

İlkin dindirilmə zamanı Zeynalov topladığı bütün pulları son qəpiyinə kimi “Munchen” şirkətinin rəhbəri Rauf Həsənliyə ötürdüyünü bildirib. Hazırda müstəntiqlər cinayət tərkibini və Zeynalovun həyata keçirdiyi dələduzluq sxemini araşdırır. Onun başqa şəxslərlə əlbir olduğu istisna edilmir.

Xəbər 1187 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +