Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


05.09.2023  17:47 

Avtomobilləri qanunsuz rəsmiləşdirən gömrükçü həbs olundu





A+  A-

Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirən daha bir vəzifəli şəxs ifşa olunub.

Bu barədə XəzərNews.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, qanunsuz olaraq avtomobil idxalına dair Dövlət Gömrük Komitəsindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən istintaq-əməliyyat tədbirlərilə qeyd olunan qurumun Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi vəzifəsində işləyən Anar Aslanovun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 55 min manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmasına, yəni 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 400 avtomobili qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Anar Aslanova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1123 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +