Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


29.10.2018  10:46 

Təhsil Nazirliyinə qarşı İTTİHAM - “Milləti manqurtlaşdırmaq üçün...“ - VİDEO





A+  A-

Qərb qloballaşdırma adı altında hər bir xalqın dəyərlərini, adət-ənənələrini, nəticədə milliliyini əlindən alıb manqurtlaşdırırlar. Son illərdə ölkəmizdə məşhurlaşmış Halloven (Halloween) tipli bayramların təbliği məhz buna hesablanıb. Bu əcaib bayram artıq məktəblərdə xüsusi şəkildə qeyd edilir. Bu tendensiya gələcəkdə bu bayramın milli bayram səviyyəsində keçirilməsinə gətirib çıxaracaq. Bu əcaib bayramdakı qorxulu personajların uşaqların psixologiyasına göstərdiyi mənfi təsir edir ayrı mövzudur.
XəzərNews.az BAKU.WS-ə istinadən xəbər verir ki, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, jurnalist Azər Həsrət yaranmış vəziyyətdə birbaşa Təhsil Nazirliyini ittiham edib və həyəcan təbili çalıb:

"Təhsil Nazirliyinin diqqətinə! Yenə də məktəblərdə Halloven (Halloween) adlı eybəcər bir mərasim haqqında xəbərlər gəlməkdədir. Hara baxırsınız? Niyə bizim uşaqlarımız amerikanların eybəcər adətlərilə böyüməlidir? Kimdir bu cadugər bayramlarını təşviq edən? Niyə milləti manqurtlaşdırmaq üçün müəllimlər-məktəblər niyə dəridən-qabıqdan çıxır? Niyə Təhsil Nazirliyi bu cür yad-yabançı təzahürlərin əngəllənməsi üçün göstərişlər vermir?

Siz heç eşitdinizmi ki, ABŞ məktəblərində kütləvi şəkildə bizim Novruz bayramımız qeyd edilsin? Eşitmədiniz, heç mən də eşitmədim. Bəs elə isə niyə bizim məktəblərimiz bu cadugər "bayramını" belə həvəslə uşaqların beyninə yeridir? Ümumiyyətlə, niyə insanlarımız bu qədər bivec və biganə ola bilirlər? Nazirliyi görəvə dəvət edirəm. Lütfən, bu millətin yanlış yola getməsini əngəlləyin.

Artıq siqnallar gəlir və əlimə çatdıqca sizə də göndərəcəm. Mən düşünmürəm ki, Təhsil Nazirliyi belə bir "bayram" keçirmək tapşırığı verə. Sadəcə bəzi müəllimlər nə etdiklərinin fərqində deyillər. Ona görə də məktəblərdə keçiriləcək mədəni-kütləvi tədbirlərə ciddi nəzarət etmək lazımdır".



Azər Həsrət

Bakı şəhəri Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Haloven bayramının Azərbaycanda kütləviləşməsində sosial şəbəkələri və valideynləri günahlandırıb:

"Bu və digər bu kimi məsələlərin cəmiyyətdə təbliği meyilləri var və bu hamını narahat edir. Əsas təbliğatçı vasitə kimi sosial şəbəkə vasitələrindən istifadə olunur. Son illərdə dövlət məktəblərində bunların qarşısı alınıb. Ötən il paytaxtdakı dövlət məktəblərində bu "bayram" qeyd olunmayıb. İndi de hər hansı təbliğat əlamətləri varsa, bu məkan məktəblər deyil.

Narahatçılıq başa düşüləndir. Amma bu kimi təbligat kampanyasında təəssüf ki, bəzi valideynlər də fərqinə varmadan fəallıq edirlər. Bununla bağlı tədbirlər və medianın, ziyaliların da düzgün mövqeyi sayəsində yəqin ki, hamı maariflənəcək və belə lazımsız təşəbbüslər olmayacaq".



Bəşarət Məmmədov

Qeyd edək ki, Helloven hər il 31 oktyabrda qeyd edilən müasir balqabaqlar bayramıdır. Bayramın əsas simvolu Cek fənəri içinə şam qoyulmuş və göz, ağız,burun kəsilmiş balqabaqdır. Bayram müasir Böyük Britaniya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında formalaşıb. Bu bayram hal-hazırda dünyanın müxtəlif ölkələrində qeyd edilir. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, Okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox digər dünya ölkələrində təntənəli şəkildə keçirilir.

Britaniyada orta əsrlərdə insanlar evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər. Onlar əllərində oyulmuş şalğamdan düzəldilən fənərlər tuturdular. Hər bir belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular. Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi. 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi.



Xəbər 1645 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +